vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
01:02 | 20 iyun 2013 | Cümə axşamı Məqaləyə 3462 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı fəalların məhkəməsi başlayıb

İranla Ermənistanın əlaqələrinə etiraz etdiklərinə görə

gunaz.tv

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı milli-mədəni fəallar Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb. Azərbaycanlı fəalların məhkəmə iclası iyunun 19-da (xordadın 29-da) Marağanın inqilab məhkəməsində başlayıb. Hakim Davərniya milli-mədəni fəalların ittihamını, milli təhlükəsizliyi pozmaq istəyən qrupa üzv olmaqda bildirib. Fəallar və onların vəkilləri irəli sürülən ittihamı rədd edib və öz hüquqlarını müdafiə ediblər. Yerli vaxtla saat 12:00-da başlayan məhkəmə iclası saat 14:00-a qədər davam edib. Prosesin davamı hakim tərəfindən başqa bir zamana saxlanılıb.

Azərbaycanlı fəalları vəkil Fatima Səttari və Cəfər Əfşarniya müdafiə edirlər.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəallar, Marağada 2013-cü il yanvarın 13-də (1391-ci il deyin 24-də) İranla Ermənistanın genişləməkdə olan əlaqələrinə qarşı keçirilən kütləvi etirazdan bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıblar. Onlar Marağa və Binab şəhərlərində yerləşən öz evlərində yaxalanıblar.