vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MƏMLƏKƏT  
11:52 | 12 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2975 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nə şəhid?! Bizə şəhid lazımdır?!»

Sumqayıtda polis rüsvayçılığı, «Qarabağ»ın pankartı stadiona buraxılmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən «Sumqayıt» - «Qarabağ» matçında sözün əsl mənasında rüsvayçılıq yaşanıb. Söhbət heç də «Qarabağ»ın legioner limitini pozmasından getmir.

Komandalarını dəstəkləmək üçün Sumqayıta gələn bir qrup «Qarabağ» azarkeşi əllərində «Şəhidlər ölməz, vətən bölünməz» pankartını da stadiona keçirmək istəyiblər.

Bu pankartı tribunadan asmaq niyyətində olan «Qarabağ» fanatları bununla da son günlər cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhuna ehtiramlarını ifadə etmək istəyiblər. Lakin Sumqayıt polisi anlaşılmaz addım ataraq bu pankartı tribunaya keçirməyə icazə verməyib. Bu zaman isə azarkeşlərlə polislər arasında mübahisə yaranıb. Azarkeşlər bildiriblər ki, onlar vətən uğrunda şəhid olan əsgərlərimizin ruhu naminə bu pankartı hazırlayıblar. Lakin Sumqayıt polisinin buna cavabı rüsvayçı olub: «Nə şəhid?! Bizə şəhid lazımdır?! Sizə dedilər ki, yığışdırın bu plakatı».

Həqiqətən də, ölkə başçısının şəxsən cəbhə bölgəsini, səngərdə dayanan əsgərlərimizi ziyarət etməsi, şəhid olan əsgərlərimizə verdiyi qiymət, onların ailələrinə göstərdiyi dəstək fonunda Sumqayıt polisinin şəhidlərimizin ruhunu bu cür təhqir etməsi əsl rüsvayçılıqdır. (rekord.az)