vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
16:20 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 3150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mxitaryan Bakıya gəlməyəcək!

“Arsenal” qərar verdi, XİN isə reaksiya

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 4-də "Arsenal"ı qəbul edəcək. Qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, “topçular”ın erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır.

Artıq məsələ dəqiqləşib. Belə ki, erməni futbolçu paytaxtımızda baş tutacaq qarşılaşmada iştirak etməyəcək. 29 yaşlı yarımmüdafiəçi Bakıya gətirilməyəcək. London təmsilçisi təhlükəsizlik səbəbi ilə Mxitaryanı Azərbaycana gətirmək istəməyib.

Qeyd edək ki, Mxitaryan 2015-ci ildə “Qəbələ” – “Borussiya” matçında da Bakıya gətirlməmişdi.

 

***

 

Adıçəkilən məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib: “Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər”.

XİN sözçüsü deyib ki, Azərbaycan idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub: “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə mübarizə aparacaq.