vaxtlı-vaxtında oxuyun! Cümə, 14 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9322 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1445 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3173 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
14:30 | 24 avqust 2018 | Cümə Məqaləyə 2237 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qarabağ”a nə olub?

Futbolu ümid oynamır

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ”a nə olub sualının cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq, “Qarabağ” qatıldığı 11 avrokubok mövsümündə hələlik uğursuz sayıla biləcək dövrünü məhz indi keçirir.

Düzdü, bu mövsüm 7 matçın (6 Çempionlar Liqası, 1 Avroliqa) 5-dəki nəticə (2 qələbə, 3 heç-heçə) hardasa ciddi problemin olmadığı qənaətini yarada bilər, amma alınan 2 qələbədən 1-i (BATE) “Qarabağ”ı Çempionlar Liqasından məhrum edib, digəri (“Şerif”) isə komandanı Avroliqadan da kənarlaşdıra bilər ki, belə bir ehtimal hazırda yüksəkdi. Daha bir acınacaqlı fakt isə 7 oyuna cəmi 5 qolun (onlardan 2-si penalti ilə) vurulması ilə bağlıdı (orta hesabla hər oyuna heç 1 qol vurulmayıb). Göstərilən 12 mövsümlük dövrdə “Qarabağ”ın təsnifat mərhələlərində 5 qol vurduğu yalnız 2009/10 və 2015/16 mövsümündə olub (o vaxtlar da bu qollar 7 yox, 6 oyuna vurulub).

Avropanın zəif və BATE-nin timsalında ortabab klubları ilə 7 matçda 5 qolun vurulması bir komanda üçün faciə sayılmasa da, hər halda ciddi problemin göstəricisidi.

“Qarabağ”da əsl hücumçu yoxdu. Daha da pisi odur ki, bu problemlər illərdi ki, həll olunmayıb. Bəlkə də bunun tutarlı səbəbi var. Amma bu, azarkeşi, ictimaiyyəti qətiyyən maraqlandırmır.

Gələk, yeni alınan oyunçulara. Əvvəlki illərdə də təsnifat mərhələlərində futbolçuların bir-birinə uyğunlaşması baxımından çətinlik yaranırdı, amma artıq pley-off-a çatanda bunlar bir çox halda həllini tapırdı. İndi isə belə görünür ki, budəfəki nisbətən yenilənmiş “Qarabağ”da futbolçular arasında bir-birini başa düşməmək kimi problemlər qalmaqdadır. Qurban Qurbanov da BATE məğlubiyyətindən sonra bu fikri təsdiqləyərək bildirmişdi: “Futbolçularımız arasında anlaşma lazımi səviyyədə deyil”.

Bu yerdə sual yaranır ki, belə bir problem doğrudan da varsa, “Qarabağ” Belarusdakı təkrar matçdan 4-5 gün öncə Premyer Liqada “Zirə” ilə görüşü niyə təxirə salır? Nəyə görəsə bənzər addımı Ağdam klubunun avrokuboklardakı rəqibləri atmırlar. Hər halda görünür, Qurban Qurbanov futbolçularına həm istirahət vermək, həm də mümkün zədədən qorumaq üçün “Zirə” ilə görüşü təxirə salmışdı. Amma məhz “Zirə”ylə həmin oyun yeni futbolçuların komandaya uyğunlaşmasına kömək edə bilərdi. Ən azı elə xətlərarası problemləri nisbətən aradan qaldırmaq mənasında. Amma... Necə deyərlər, Çempionlar Liqası artıq əldən gedib.

Biz gələk bu günə, bu günün gerçəkliyinə. Hə, doğrudan da “Qarabağ”a nə olub? Görünən budu ki, klubda şərait əvvəlkitək yerindədi – komanda xarici ölkələrə ənənəvi olaraq çarter reysi ilə gedir, yaxşı otellərdə qalır, təlim-məşq bazası öz yerində, ən vacibi, futbolçuların maaşı, klubun büdcəsi də azaldılmayıb. Ötən il Çempionlar Liqasında iştiraka görə UEFA-dan 16 milyon avro gəlir götürüldüyünü də nəzərə alsaq, büdcənin azaldılmasında heç bir məntiq olmamalıdı. Deməli, maaşı və büdcəsi azaldılan “Qəbələ”dən fərqli olaraq, “Qarabağ”da futbolçularda ruh düşkünlüyü yoxdu. Amma əvvəzində alınan yeni futbolçuların demək olar ki, heç biri hələlik “Qarabağ”a lazımi faydanı verməyib. Son vaxtlar komandanın müdafiə xətti hər nə qədər haqlı tənqid edilsə də, yarımmüdafiə və hücumdakı ciddi problemləri də görməzdən gəlməməliyik.

Almeydanın dövründəki yaradıcı oyun, demək olar ki, yoxdu. Oyun qurucusu kimi alınan bolqar Simeon Slavçev üzərinə düşən işin öhdəsindən, faktiki olaraq, gələ bilmir. Düzdü, 3-4 oyuna görə bir futbolçuya yaxşı, yaxud pis oyunçudu kimi qiymət vermək tez olar. Amma geridə qalan avrokubok matçlarına baxanda onun “Qarabağ”a hələ ciddi faydasının dəymədiyini söyləmək mümkündür. Dərinə gedəndə bənzər sözləri qapıçılar istisna olmaqla digər yeni legionerlər – Zubir, Ozobiç, Delarj, Emeqara barədə də söyləmək olar. Yeri gəlmişkən, “Kukesi” ilə matçda 3 penalti qazanan Emeqara BATE ilə təkrar oyunda ikinci sarı vərəqə alıb meydandan qovulmaqla həm həmin matç, həm də “Şerif”lə dünənki oyun üçün komandasını pis vəziyyətdə qoydu. Bir futbolçunun, xüsusilə də əgər o yeni alınıbsa, komandaya belə zərbə vurmağa haqqı yoxdu. Yəqin ki, Qurban müəllim onunla lazımi profilaktik söhbətləri aparıb. Yoxsa “Qarabağ” hücumda yenə məcburiyyətdən qalacaq gənc və yetərli Avropa təcrübəsi olmayan Mahir Mədətovun ümidinə. O da qolları bir-bir sıralayacaq... “Səbail”lə oyunda.

Yazıya statistika ilə başlamışdıqsa, elə qısa statistika ilə də yekun vuraq. Bu mövsüm avrokuboklar başlayanda Azərbaycan UEFA reytinqində gərək ki, 22-ci yerdəydi. “Qarabağ”ın dünənki məğlubiyyətindən sonra düşdük 26-cı yerə.

Reytinq nisbi anlayışdı deyirlər, amma həm də bir həqiqi göstəricidi. Kimisinin irəli, kimisinin də geri getməsinin göstəricisi. Biz, təəssüf ki, ənənəvi vəziyyətimizə qayıdaraq geri gedirik. Və o sıraya görünür, son illər Avropada uğurları olan (bizim üçün) “Qarabağ” da qoşulur. Ümid edək, “Şerif”lə oyunda hər şey düzələr.

Amma gerçəkliyə qalanda futbolu ümid oynamır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)