vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
15:46 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 2209 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşvərət xarakterli qurum

Ölkədəki problemləri Prezidentə birbaşa necə çatdırmaq olar?

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkədə çox ciddi dəyişikliklər gedir. Həm görünən, həm pərdəarxası. Ələlxüsus da, informasiya siyasətində, nəhayət ki!

Sadalamaq istəmirəm, görən görür və düşünürəm ki, indiki vəziyyətdə Prezidentin yanında yeni bir ictimai qurumun yaranmasına ehtiyac var.

Bu quruma tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, ictimai fəallar, üzdə olan nüfuz sahibləri daxil ola bilərdi, cavanı da, yaşlısı da, əsas odur ki, elə bir qurumun ki, ölkə başçısına bilavasitə çıxışı olsun.

Müşavirə formatındamı, görüş formatındamı, amma Prezidentin Yanında statusu bu quruma cəmiyyətdə olan problemləri, necə deyərlər, birinci əldən birinci şəxsə çatdırmaq imkanı verərdi.

O gün baxıram Prezidentin regionlarda keçirilən görüşlərinə, böyük dönüşdür! Əvvəlki ssenaristlər bu görüşləri necə təşkil edirdilər?

Prezident gəlirdi hansısa rayona, rayon rəhbərliyi 10-15 nəfər ciddi təlim keçmiş adamı düzürdü cərgəyə və onlar da “ura, ura, ura, hər şey yaxşıdır, yağ-bal içində yaşayırıq. Allah Sizə də can sağlığı versin, bizim icra başçımıza da”.

Nə rayonda olan özbaşınalıqdan, nə qanunsuzluqlardan, nə yerli biznesə təzyiqlərdən, nə insanların adi problemlərindən deyən olmurdu.

İndi isə Sumqayıtın bulvarında bir cəsarətli xanım verir özünü qabağa və Prezidentə insanların istəyini birbaşa ünvanlayır. Bu həqiqətən də böyük dönüşdür. Düzdür, bu formatda da uzun-uzadı tərif yağdırmaq istəyənlərdən növbə düzülür, amma yaxın 500 ildə bununla mübarizə aparmaq əbəsdir.

Ona görə, həqiqətən də düşünürəm ki, belə bir qurumun yaranması haqda təklifi dövlət başçısına çatdıran olsa, bu əla təşəbbüs olardı.

Əlbəttə, burada mən velosiped icad etmirəm və orijinal da deyiləm. Bir sıra dövlətlərdə Prezidentin yanında belə məşvərət xarakterli qurum var. Bizdə də dəfələrlə müxtəlif təbəqələrdə, müxtəlif diskussiyalarda belə bir təklif səslənib, söhbət birincilikdən getmir.

Söhbət ondan gedir ki, əgər belə bir qurumun yaranması məqsədəuyğun hesab edilirsə, bu gün onun əsl vaxtıdır, gedən proseslər çərçivəsində.

Düzdür, mənə deyə bilərlər ki, buna ehtiyac yoxdur, Prezident onsuzda ictimaiyyətlə görüşür, onun hər şeydən xəbəri var, biz özümüz məlumatlandırırıq, sizə ehtiyac yoxdur.

Amma fikrimdə qalıram ki, ölkə başçısı ilə mütəmadi olaraq görüşmək imkanı olan statuslu bir ictimai qurumun mövcudluğu, məmurları da tonusda saxlayardı və nəyisə gizlətmək cəhdlərinin qarşısını alardı.

Amma ən önəmlisi, zənnimcə, heç bu da deyil. Ən önəmlisi odur ki, insanları düşündürən problemlərə ziyalıların baxışlarını, onların düşüncələrini, onların təkliflərini bilavasitə dövlət başçısına çatdırmaq imkanı yaranardı.

Amma belə qurum Prezidentlə görüşlər zamanı qurum üzvlərinin ev, maşın, bağ problemlərini həll etmək üçün yaranarsa, onda heç yaranmasa yaxşıdır...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)