vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 iyun 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BANK, BİRJA, SIĞORTA  
16:44 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 1535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Borc burulğanı

Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ölkəmizdə kommersiya banklarına borcu olan vətəndaşların sayı təxminən 2.5 milyon nəfərdir». Bunu azvision.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ölkəmizdə bu qədər vətəndaşın kommersiya banklarına borcu olması kifayət qədər yüksək rəqəmdir: «Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var. Kommersiya banklarına borcu olan vətəndaşların böyük bir qisminin borcu istehlak kreditləri üzrədir.

Onlar bu istehlak kreditlərinin ödənilməsi ilə bağlı müəyyən çətinliklə üzləşiblər. Azərbaycanda kredit portfelinin 38 faizi istehlak kreditlərinin, 10 faizi isə mikro kreditlərin payına düşür. İstər istehlak, istərsə də mikro kreditlərin bütövlükdə kredit portfelində payı yüksək olaraq qalmaqdadır. İstehlak kreditlərinə nəzər saldıqda görünür ki, vətəndaşlar bir çox hallarda məcburi pula ehtiyacı olmadığı halda kredit götürüb. Bəzi hallarda vətəndaşlar toy etmək və hansısa ölkədə dincəlmək üçün kredit alıblar. Bu baxımdan bəzi kreditlərin götürülmə səbəbləri başa düşülən deyil».

V.Bayramov bildirib ki, vətəndaşların kommersiya banklarına olan borcu 1 milyard manatı ötüb.

Ekpsert hesab edir ki, bu gün Azərbaycanda hər bir doğulan uşaq kommersiya bankına 100 manat borcla doğulur: «Borcun yaranmasının səbəblərindən biri vətəndaşın öz ödəmə qabiliyyətini doğru qiymətləndirməməsi, digəri isə faiz dərəcələrinin yüksək olması ilə bağlıdır. Məlum olduğu kimi kommersiya banklarına olan borc 1 milyardı ötüb. Ölkə əhalisinin 10 milyona yaxın olduğunu nəzərə alsaq, hər bir adama 100 manat kredit borcu düşür. Bu kifayət qədər böyük rəqəmdi. Bu orta aylıq əmək haqqının təxminən 25 faizini təşkil edir. Ciddi şəkildə kredit borcunun azaldılmasına ehtiyac var. Bunun üçün faiz dərəcələrinə baxılması və faiz dərəcəsinin aşağı salınması olduqca vacibdir.

Əmanətlərin Sığortalanması Fondu əmanətlər üzrə sığortalanan faiz dərəcəsini 9 faizə endirsə də, kredit faizləri azaldılmadı. Mərkəzi Bankın kredit faizlərinin aşağı salınması ilə bağlı siyasəti doğru olmadı. Belə ki, vətəndaşdan ucuz vəsait cəlb olunur, amma vətəndaşa daha yüksək faiz ilə kreditin verilməsi baş verir. Bu da borclu vətəndaşların, borc məbləğinin genişlənməsinə və alınan kreditlərin sonradan geri qaytarılmasında problemlərin yaranmasına gətirib çıxarır».

Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri millət vəkilləri də kreditlərin faiz dərəcəsinin çoxluğundan narazılıq ediblər. YAP-çı deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda kredit borcunu qaytarmaq üçün ya narkotik ticarəti, ya da insan alveri ilə məşğul olmaq lazımdır. Başqa halda bu krediti qaytarmaq mümkün deyil.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *