vaxtlı-vaxtında oxuyun! Bazar, 25 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
10:35 | 7 iyun 2019 | Cümə Məqaləyə 724 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Sədr və katib dəyişəcək

“Bank standard"in kreditorlarinin nəzərinə: Komitənin tərkibi, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

11 iyun saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək (14 fevral tarixli iclasdakı qərara uyğun olaraq). İclasda bankın maliyyə vəziyyəti və ləğvetmə prosesi, habelə Komitənin yeni tərkibinin müəyyən edilməsi, sədrinin və katibinin dəyişdirilməsi məsələləri müzakirə ediləcək. İclasın gündəliyinə dair ilk elandan sonra heç bir əlavə təklif daxil olmayıb.

Kreditorlar, mətbuat və ƏSF rəhbəri Vüqar Abdullayev iclasa dəvətlidir.

Komitənin Əsasnaməsinə görə iclasda yetərsay, üzvlərinin 2/3 hissəsindən ibarətdir. Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən hazırda Komitənin üzvləri aşağıdakı şəxslərdir (mən və siyahıdakı son 6 şəxs istisna olmaqla, digər 20 üzv Komitəyə sırf ƏSF-in təşəbbüsü ilə daxil edilib):

1. Əkrəm Həsənov – sədr;

2. Raziyə İsayeva (Xəzər Universiteti) – katib;

3. “Azercell Telecom” MMC;

4. “Socar Cape” MMC;

5. “Socar Marketing”;

6. “Standard İnsurance” ASC;

7. “Qala Həyat” Sığorta Şirkəti ASC;

8. “Finca Azərbaycan” QBKT;

9. “UniLeazing” QSC;

10. “GESCO” ASC;

11. Vəliyev Rişad Höccət oğlu;

12. Seyidov Fərhad Əsgər oğlu;

13. Əlizadə Akif Ağamehti oğlu;

14. Qazayeva Aliyə Məmmədovna;

15. Əli-Zadə Orxan Samir oğlu;

16. Əfəndi Rəna Rüstəmovna;

17. Əfəndiyev Bəhruz Məmmədhəsən oğlu;

18. Sahibkarlığın İnkişafı Fondu;

19. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi;

20. Vladimir Vladimiroviç Timoşenko;

21. Mustafayeva Rəna Mehti qızı;

22. İlxaszadə Sabir Saqi oğlu;

23. Babazadə Nailə Sabir qızı;

24. Təhməzova Nailə Sultan qızı;

25. Əsgərov Tural Qabil oğlu;

26. Məmmədov Məhərrəm Qasım oğlu;

27. Qafarova Cəmilə Əli qızı.

Nəzərə alaraq ki, bu üzvlərin mütləq əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələ (Komitə sədri və katibinin seçkisi) həll olunmalı olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, sözügedən bankın təxmini 45000 kreditoru var.

P.S. Kreditorlara etdiyim əvvəlki müraciətlərimə uyğun olaraq onlardan bir daha xahiş edirəm: Komitənin yeni sədri və katibi barədə aralarında müzakirələrə indidən başlasınlar ki, iclasda namizədlərin müəyyən edilməsi çox vaxt aparmasın.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *