
... Sədr və katib dəyişəcək
“Bank standard"in kreditorlarinin nəzərinə: Komitənin tərkibi, ...
“Bank standard"in kreditorlarinin nəzərinə: Komitənin tərkibi, ...
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
ƏSF onları kompensasiya etməkdən niyə imtina edir?
... Və ya yeni rəhbərlə bağlı gözləntilərim
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
Azad Cavadovun maskası düşdü...
«Bank Standard»ın kreditorlar komitəsinin korrupsion tərkibi və gizli iclası
Konstitusiya Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun qanuni özbaşınalığına son qoyacaqmı?
Palata kreditorların ümumi yığıncağını yaratmalıdır, əks təqdirdə…
Bağlanan bankların əmanətçilərinə nə qədər pul verilib?
Banklar qapadıldı, kreditlər hara və necə ödəniləcək…
«Bank of Azerbaijan»a yerli müştəri çıxıb
Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var
«Bank of Azerbaijan» niyə çökdürülür?
Diqqət! Banklara qoyulan yüksək miqdarda pullar qorunmur, amma çıxış yolu var
1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə «Bank of Azerbaijan» ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.
Fonddan Modern.az saytına verilən məlumata görə, artıq «Bank of Azerbaijan»ın kreditorlarının tələblərinin qeydə alınması başa çatıb.
Azərbaycan Respublikasının «Banklar haqqında» Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan «Bank of Azerbaijan» ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 fevral 2016-cı il tarixdən başlanılıb və 05 aprel 2016-cı il tarixində başa çatdırılıb.
Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq. Əlavə suallar üçün xahiş edirik, aşağıdakı ünvana müraciət edəsiniz.
Ünvan: Bakı ş. Akademik Həsən Əliyev küçəsi 24. Əlaqə telefonları: 175 qaynar xətt, ( 99412) 499 70 00, ( 99412) 596 65 91/92/93