
... Sədr və katib dəyişəcək
“Bank standard"in kreditorlarinin nəzərinə: Komitənin tərkibi, ...
“Bank standard"in kreditorlarinin nəzərinə: Komitənin tərkibi, ...
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
Konstitusiya Məhkəməsi məsələyə yenidən baxır
Kredit götürənlərə Konstitusiya Məhkəməsindən şad xəbər
Elmira Süleymanova icra başçılarını “vurdu”
ƏSF onları kompensasiya etməkdən niyə imtina edir?
Milli Məclis yeni İnsan Hüquqları üzrə Müvəkkili seçkisini gündəmə gətirir
Milli Məclis Elmira Süleymanovanın yerinə üç namizəddən birini seçməlidir
... Və ya yeni rəhbərlə bağlı gözləntilərim
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
İnsan hüquqları üzrə müvəkkillərin XIV Bakı Beynəlxalq Konfransı keçirilir
Azad Cavadovun maskası düşdü...
«Bank Standard»ın kreditorlar komitəsinin korrupsion tərkibi və gizli iclası
Deputatdan Elmira Süleymanovaya sərt tənqid
İnsan hüquq və azadlıqları ilə bağlı çatışan və çatışmayan tərəflər
Ombudsmanın səlahiyyət müddəti başa çatıb
Deyilənə görə, Ombudsman «Əmanətlərin sığortalanması haqqında» Qanunun 27.3-cü maddəsinin şərhi üçün Konstitusiya Məhkəməsinə müraciət edib və yaxın vaxtlarda Məhkəmə bu maddəyə münasibətini bildirəcək. Həmin maddədə deyilir: «Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur». Göründüyü kimi, cəfəng müddəadır! Belə çıxır ki:
1) Bankda bir əmanətin varsa, kompensasiya əmanətin valyutasında ödənilir. Amma bir neçə əmanətin varsa, valyutasından asılı olmayaraq, manatla qaytarılır. Xeyir ola?!
2) Bankda yalnız manat əmanətin varsa, kompensasiyanı manatla alırsan, yalnız dollar əmanətin varsa, kompensasiyanı dollarla alırsan. Amma həm dollarda, həm də başqa valyutada əmanətin varsa, kompensasiyanı manatla alırsan. Riyaziyyat və məntiq qanunları niyə işləmir ki bu halda? Gülməlidir sadəcə!
Təbii, sözügedən hər iki halda əmanətçi əmanətini rəsmi məzənnə ilə alır və nəticədə məzənnə fərqində itkiyə məruz qalır. İndiyədək Əmanətlərin Sığortalanması Fondu bu maddədən istifadə edərək müflis bankların əmanətçilərinin başına xeyli oyun açıb. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək və sözügedən maddəni qüvvədən salacaq. Ən azı Mülki Məcəllənin 51-ci fəslinə zidd olduğu üçün: əmanət qoyulduğu valyutada qaytarılmalıdır. Hər hansı borc üzrə olduğu kimi. Necə olur ki, dollar kreditlərini dollarla (uzaq başı bankın öz kommersiya məzənnəsi ilə manatla) ödəməyi tələb edirlər, amma dollar əmanətlərini rəsmi məzənnə ilə manatla qaytarırlar? Bu ikili standarta son qoyulmalıdır!