vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9570 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2216 AZN
Türk lirəsi 1 TRY = 0.3012 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜƏLLİF  
20:28 | 27 iyun 2013 | Cümə axşamı Məqaləyə 1298 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sevgi nədi, alə?!»

Son vaxtlar ölkədə öz-özünə danışanlarımızın sayı yaman çoxalıb. Yol gedə-gedə sanki kiminləsə danışır, mübahisə eləyir, söyüşüb dalaşırlar. Belə adamları görəndə dayanıb ehtiramla tamaşa eləyirəm. Bu gün qərara aldım ki, kənardan baxıb qaçmaq düzgün deyil, onları dinləmək lazımdı, dinləmək! İrəli sürdüyüm təklifimi təzəcə bəyənmişdim ki, gördüm, biri yolun o biri tərəfində əl-qol ata-ata gedir. Tez yolu keçib özümü ona çatdırdım və yanında addımlamağa başladım. Baa! Baxdım ki, əməlli-başlı qırğın gedir: “Ayə, kopayoğlu, sən də mənə ermənisənmi? İşləmişəm, pulumu ver dəə! Bir dəstə uşağı yığıb gətirmişəm qapına. Allah heç xeyir verməsin o evindən sənə! Təkcə darvazan hamımızın evimizin qiymətindən bahadı!

Beton tökdük, hasar tikdik, suvaq vurduq, üzlədik! Ay oğraş, bə niyə pulumuzu vermirsən, hay? Xalxın uşağını rayondan yığıb gətirmişəm ki, yaxşı işləyin, qazanın, ailənizə pul yollayarsınız. O yazıqlar da kənddəki işlərini qoyub qaçıb gəldilər ki, guya Bakıda acından ölməmək pulu qazanacaqlar. Bir dəstə adamı yığıb qapında eşşək kimi işlətmişəm. Taxtadan heykəl yonmuşuq, daşdan adam düzəltmişik, a burnundan gəlsin! O boyda pulu yığıb hara aparacaqsan?! Qonaq gələndə villanın həyətindəki bağı fəxrlə onlara göstərirsən. O bağı sənə kim salıb, a qurumsaq? O bağı sənə bu əllərimlə salmışam ee, bu əllərimlə! Əməkhaqqımızı verməməyin dərdindən bizə deyirsən, guya bağın quruluşu xoşuna gəlmir. Adam oğraş olar, ta bu qədər də yox! Günorta verdiyin yumurta-kolbasanın da pulunu çıxırsan əl haqqımızdan, ay cındır! Yaxşı, onu da çıx, a burnundan gəlsin, bəs bizim pulumuzu niyə vermirsən? Düz, 6 aydı sənin dalınca sürünürəm. Hər dəfə mısmırığını sallayıb “gələn həftə” deyirsən. Ay oğraş, nə qədər həftə gözləmək olar, camaat ailə saxlayır axı? O dünyada nə cavab verəcəksən, ay haramzada? Fəhlənin haqqını yeyib necə sürürsən o maşını, hay?! Mənə deyir, get, kimə istəyirsən şikayət elə. Şikayət eləməyə adammı var, ay oğraş? Sən öl, sən hələ məni tanımırsan! O maşınının altına bir dənə şey qoyaram, tikəni göyə sovurar, məni buna məcbur eləmə! Yazıq, ac-yalavac fəhlənin pulunu büyün də göndərməsən sənin işinə bax bu lələşin baxacaq, bu lələşin!”
Danışığının bu yerində kişi coşub iri yumruğunu sinəsinə vura-vura bir xeyli getdi. Qorxdum ki, qəfil gözündə “xozeyn” kimi görünərəm, yumruq mənə dəyməmiş yerişimi ləngidib ondan uzaqlaşdım...
Kişinin söhbətini unutmaq üçün parkda bir az gəzinməyi qərara aldım. Bir az var-gəl eləmişdim ki, gördüm, qarşımdakı quru fəvvarə  hovuzunun başına deyinə-deyinə bir gənc oğlan fırlanır. Yaxınlaşıb, heç nə olmamış kimi, onunla bərabər addımlamağa başladım.
“Mənə deyir, qız məni sevir! Ala, qız özbaşınadı bəgəm, səni sevsüüün? Bunun atası var, anası var, qərdişü vaaar! Dedim, sən bizim məələdə qələt eləyib qız sevirsən! Mənə gör, nə deyir? Qız səni sevmir! Ala, sənin nə işinə qalıb, qız sevir məni, yaxud sevmir məni? “Yoox, biz bir kursda oxuyuruq, xasiyyətimiz də əntiğə tutur!” Dedim, alə, tüpürərəm sənin xasiyyətivə də! Nə xasiyyətin olacaq sənin əə, matışgə?! Dedim, sən öl, bir də o qızın adını çəksən bu bıçağı qarnıva soxacam! Alim çıxıb mənimçün, gicbəsər! Məə gör nə deyir, alə? “Qız deyir, mən onu heç adam yerinə də qoymuram!” Dedim, alə, qız o sözü gəlib üzümə deyə bilər? Yox ee, qız o sözü üzümə deyə bilər, ya yox? Yek kəlmə, ya hə, ya yox! Qayıdıb mənə nə desə yaxşıdı? “Qız, axı, qorxusundan fikrini sənə deyə bilməəəz!” Hoppp! Sööbəti burdaca tutdum!  Dedim, bəəəli, o qız mənə heç vaxt elənçinə söz deyə bilməz! Mən onu lap bu boytdana  vaxtlarından gözaltılamışam. “Sevirəm” nədi, “sevmirəm” nədi? Qız kimdi alə, sevirəm diyə, yaxud sevmirəm diyə?! Qızın atası var, qardaşı var! Atası rəhmətlik atamnan bir ton çörək kəsib. Qardaşına da ağ “nolyeddi”ni keçən il mən satmışam, ucuz! Hə, dedim, qaqaş, bilirsən nə var? Sən, davay, bas bayıra, bizim aramıza girməginən! Götür o sevməyivi də, özüvə lazım olar, bildüün? Yox, bildün, düdük? Sən öl, soxaram bunu qarnıva, iki dəfə də eşərəm içərində! Məni cin atına mindirmə, xiyarın biri xiyar! Dedim, bu qız sənin kimi bir xiyara razı olsa elə iki dənə də onun qarnına soxaram gedər öz sevgisinin dalıycan! Bildin, əə, diplom!!!”
Burasını elə qışqırdı, səsindən tüküm biz-biz oldu. Gördüm, yox ee, burda da bir xəta var, çəkildim kənara.
Gəlib, skamyada təkcə əyləşmiş yaşlı kişinin yanında oturdum. Bayaqdan susan kişi mən yanına qonan kimi başladı, nə başladı!
“Əşi, indi təhsilmi var, məllimmi var? Bircə dərs buraxsaydıq direktor gözümüzü çıxardardı! Məllim nədi, dərs buraxdı nədi! İndiki məllimlər şagirddən siqaret istəyir! İkinci sinif uşağının kitabına qıvrılmış əfi ilanın şəklini qoyublar, uşaq qorxusundan həmin səhifəyə baxa bilmir. O gün gördüm ee, öz gözlərimlə! Nəvəm dedi, ay baba, kitabın burasını aça bilmirəm. Dedim, nolub, a bala? Açıb görəm nəə? Demə, balaca bir nağılda ilan haqda da yazılıbmış. Götürüb zəhərli bir ilanın foto şəklini zoplayıblar kitaba. Belə şey olar? Belə kitab tərtib eləyərlər? A kişi, ver rəssamın pulunu, qoy qəşəng, güləyən, bəzəkli bir ilan çəksin, quyruğuna da, məsəlçün,  bant bağlasın, baxan uşağa da xoş olsun! Əşi, deyiləsi dərd döyül! 50 il məllimlik eləmişəm, aldığım pensiya yavan çörəyə də çatmır. Dərs keçirdik ee, o vaxtlar, dərs!!! 
- Şair hökmdarın hüzurundasan!
- Bunu sizsiz belə düşünürəm mən!
- Bəs baş əymədiniz?
- Əymədim, bəli!
Əyilməz vicdanın böyük...
Nə isə, getdi o günlər! Təhsil, təhsil, yenə təhsil! Hanı? Yoxdu! Öləydim, indiki tədris kitablarını görməyəydim!”
Söhbətin bu yerində kişi hönkürüb ağlamağa başladı. Kirimişcə qalxıb ondan uzaqlaşdım.
Bir az gedirdim ki, gördüm, artıq mən də öz-özümə danışıram: “A kişi, dayandır daa, bu yazını, adam nə qədər yazar? Guya bir oxuyan var? Oxuyan var ee, guya vecinə alan var? Vecinə alan da var ee, guya vecinə alanı vecinə alan var? A kişi, bəsdi, dayandır yazını!!!”
Yazının bu yerində özümü zorla dayandırdım, yoxsa elə yaza-yaza gedirdim...

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)