vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 avqust 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 1.9963 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1926 AZN
Türk lirəsi 1 TRY = 0.4822 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
18:13 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bizim Fişer

Bir dahinin acı taleyi

Murad KÖHNƏQALA

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxşı şahmat oynadığına görə dostlar onu məşhur şahmat ustası Fişerin adı ilə çağırırdılar. Fişeri mən 80-ci illərdən tanıyırdım. O vaxtlar mən sevimli şairimiz Məmməd İsmayılın rəhbərlik elədiyi şeir dərnəyinə, Vurğun Əyyubun «Çənlibel» yığıncaqlarına gedirdim.

Fişerlə bulvarda yığışdığımız çayxanada tanış olmuşdum. O, ətrafdakılardan fərqli olaraq çox mütaliəli bir aspirant idi. Rus dilini təmiz bilir, ingiliscə bədii kitab oxuyurdu. Mənimlə tanış olanda dedi ki, dərnəkdə oxuduğun şeirlər xoşuma gəldi.

Az müddət ərzində onunla çox yaxın dost olduq. Həmişə oxuduğu əsərlərdən danışar, oxumaq üçün mənə kitab verərdi.

İlk dəfə Dostoyevskinin «Cinayət və cəza» əsərini gətirib oxumağımı tövsiyə elədi. Yapon haykularını və tanqalarını çox sevirdi. Hərdən yapon şeirlərini ruscadan oxuyub mənə tərcümə eləyirdi. Sonralar haykuları tərcümə eləyib qalın bir dəftərdən əlyazma kitabı düzəltmişdi.

Yadımdadı, Kobe Abenin «Qumluqda qadın» əsərini bir neçə dəfəyə mənə tam danışmışdı. Sonralar bu əsəri ruscadan özüm oxuduqca Fişerin gülər üzü gözlərim önünə gəlirdi.

Bir dəfə ultra sərbəst şeirlər yazan yunan şairi Yanis Ritsosun rusca şeirlər kitabını mənə bağışladı və dedi ki, başa düşməsən mütləq lüğətlə oxu. Tamam yeni duyğular aşılayan bu şairin şeirləri mənim ədəbiyyat haqda təfəkkürümü tamamilə dəyişdi.

Sonralar mən M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul oldum və Fişeri uzun müddət görə bilmədim.

Yenidənqurma, respublikalarda inqilablar, milli dirçəlişlər başladı. Azərbaycanda da milli hakimiyyət bərqərar oldu.

Elçibəy dönəmində eşitdim ki, Fişer,hansısa məsul vəzifəyə aparılıb. O, bütün mütaliəsi və savadı ilə yanaşı həm də millətini sevən bir türkçü idi...

90-cı illərin sonları olardı. Avtobusda gedərkən onu qoltuğunda papka, Axundov kitabxanasından aşağı enən gördüm. Gördüm deyəndə ki, ona oxşatdım. Bu, Fişerdi, yoxsa yox? Avtobusdan düşüb arxası ilə qaçdım. Öz adəti üzrə iti addımlarla harasa tələsirdi. Mən onu (görəsən bu, Fişerdimi, tərəddüdü ilə) arxadan səslədim. Getdiyi yerdə dayanıb ətrafa boylandı.

Gəlib ona çatdım, görüşüb qucaqlaşdıq. İlk görünüşdən qocaldığı və əyin-başının kasıbyana olduğu gözə çarpırdı. Ondan yuyunmayan, paltarlı yatan adamın iyi gəlirdi. Hal-əhval tutduqdan sonra Gənc Tamaşaçılar Teatrının qarşısındakı çayxanaya getdik.

«Eşitdim, ailə qurmusan,» – deyib, güldü. Başımla sözünü təsdiqlədim.

Bəs sən? Evlənmisənmi?» – soruşdum.

Danışdı ki, bir uzaq qohumu ilə ailə qurubmuş, sonradan ayrılıblar. Xasiyyətimiz tutmurdu, dedi.

Belə baxanda, mənim ailəmi kasıbçılıq dağıtdı. Ucuz zirzəmi kirayələrdə qalmaqdan yoldaşım bezmişdi. Rusiyada alver eləyən qardaşı azyaşlı oğlumla yoldaşımı götürüb kəndə apardı. Kənddə ona torpaq sahəsi alıb ev tikdirdilər. Sonra bir kəndçilərinə ərə verdilər. Onlar mənə heç nəyə yaramayan, əyyaş kimi baxırdılar. Axır ki, arzularına çatdılar. İndi heç uşağı görməyə də qoymurlar. Eşitmişəm, pis yaşamırlar, ona görə heç uşaqdan nigaran deyiləm. Hərdən içəndə yadıma düşür, şəkillərinə baxıb ağlayıram...

Onun həyat hekayəti məni xeyli təsirləndirmişdi. Soruşdum ki, bəs indi harda yaşayırsan? Dedi, Sulutəpədə ev tikdirmiş bir qaçqın tanışımın Bakıda adına olan birotaqlı yataqxana mənzilində qalıram, şəraiti çox bərbaddır.

Dedim, bəs, namizədliyini müdafiə eləyə bildinmi? Dedi, namizədlik nədi, kim idi məni elə yerlərə buraxan? Heç kim məni özünə yaxın qoymadı.

Soruşdum, bəs harda işləyirsən, nəylə dolanırsan? Dedi, ona-buna elmi iş yazıb satıram.

Tələbələrə referat-zad qaralayıb başımı girələyirəm. Çox vaxt heç haqq da vermirlər, tələbədən pul istəməyə üzüm gəlmir.

Dedim, bəs, sən əqidəli adam idin, niyə belə şeylər eləyirsən?

Dedi, nə fərqi var, mən yazmasam da birinə yazdıracaqlar. Heç olmasa, yazdıqlarımı tələbələrə və «gələcəyin alimləri»nə bu yolla oxuduram.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)