vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
19:15 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 2402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bilmirəm niyə belə oldu»

Samir Abasov: «Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə «İnter»lə qarşılaşan «Sumqayıt» meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Komanda.az xəbər verir ki, «Sumqayıt»ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Tez qol vurduq, tez də arxaya oturduq. Bunun da nəticəsində 3 qol buraxdıq. Rəqibin təzyiqinə tab gətirmədik. Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək. Bu oyunda Yusif Nəbiyevdən razı qalmadım. Bilmirəm niyə belə oldu. Keçən oyunda yaxşı təsir bağışlamışdı. Nə bacarırıqsa, maksimum onu edəcəyik.

 

- Bəzi oyunçular komandada icarə əsasında çıxış edir. Bu, onların çıxışına təsir etmir ki?

- Əksinə, həmin oyunçular daha yaxşı təsir bağışlayırlar. Onlar çalışırlar ki, burda ümidləri doğrultsunlar. Bir az təcrübə lazımdı. Məsələn, Yusif. Onun təcrübə qazanması üçün təcrübə lazımdır.

 

- Ümidləri doğrultmayan oyunçuların adlarını açıqlaya bilərsiz?

- Bundan öncə Xəyal Nəcəfova qarşı həmin addımı atmışdıq. O, Türkiyədən qayıtdıqdan sonra özünü başqa cür aparmağa başladı. Ancaq «Qəbələ»ylə oyunda ən yaxşılardan idi. Bəzi məşqçilər heyətdən şikayətlənir. Keçən dəfə «Neftçi»nin oyununa baxıram, şərhçi deyir ki, «bu heyətlə heç nə etmək olmaz». Ancaq bir baxın bizdə vəziyyət necədir. Bizdə heç legioner yoxdur. Ancaq məcburuq bu oyunçularla oynamağa. Bir az çətindir. Bizi də başa düşün. Oyunçuları əvəzediciyə göndərsə, heyətdə kim oynayacaq?

 

- «Sumqayıt»ın heyəti sanki müvəqqəti qurulub. Bəlkə rəhbərliklə danışasınız, klubun strategiyası dəyişsin...

- Mümkünsüz bir şeydi...

 

- Komandanın fiziki durumu necədi?

- Fiziki vəziyyətimiz çox əladır. Bir gündə iki 90 dəqiqə oynamağa imkanımız çatar. Vəziyyətimiz heç də pis deyil. Qarşıda «Kəpəz»lə oyun var. Ora uduzmağa getmirik. Görək başımıza nə gəlir...

 

- Qollarda Fərhal Vəliyevin səhvi nə dərəcədə var idi?

- Birinci qolda sanki səhvi var idi. Ancaq videotəkrara baxıb, dəqiqləşdirəcəyik.