vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:15 | 7 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvili istefa verdi

«Əllərim boş qalmayacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa edəcəyini bəyan edib. Saakaşvili bu bəyanatı onun Facebook səhifəsindən yayımlanan mət-buat konfransında verib.

«Odessa, həmçinin Odessa vilayəti Kiyev banditizmə və özbaşınalığa birbaşa hi-mayədarlıq edən korrupsionerlərdən azad edildikdən sonra inkişaf edəcək. Ona görə də mən bu vəziyyətdə istefa verməyi və mübarizənin yeni mərhələsinə başlamağı qərara aldım, - deyən Saaakaşivili «Mən yolumdan geri çəkilməyəcəm və bu yolda yorulan deyiləm, buna kimsə ümid etməsin» - deyə əlav edin.

Saakaşivili öz çıxışında Odessa vilayətinin əksər sakinlərinin ondan istefa verməməyi xahiş etdiyini xatırlatsa da, istefa qərarını qəbul etməyə məcbur olduğunu bəyan edib.

«Mən bacardığı qədər getməyi bacaran və daha sonra nə qədər lazımsa o qədər gedən əsgərlərdənəm. Qələbə üçün nə qədər lazımdlrsa, o qədər də davam edəcəyəm», - deyə Saakaivili bildirib.

Saakaşvilinin sözlərinə görə qələbə, «əsgərlərin qanına və Maydan qurbanlarına sərmayə qoyan, Ukraynanın inqilabi ideyalarına xəyanət edən, yeganə motivasiyaları varlanmaq ciblərini dolduran, klanlarını gücləndirən və Ukraynanın son qəpiyinə qədər oğurlamaq istəyən korrupsionerlərdən qurtulmaqla» baş tutacaq.

Cənab Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu şəxsən Odessa vilayətindəki korrupsioner klanları dəstəkləməkdə ittiham edib: «Poroşenko Odessada iki klanı - Trexanov və Urbanski klanını dəstkləyir. Vilayətdəki bütün rəhbərliyi onlara və sepa-ratçilara verib».

APA-nın məlumatına görə, Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib.