Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
11:51 | 22 fevral 2018 | Cümə axşamı
Məqaləyə 3331 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkə ərazisinə girişinin qadağan olunması haqda Ukrayna Dövlət Sərhəd Xidmətinin qərarını şərh edib.
Bu barədə M.Saakaşvili «Facebook» sosial şəbəkəsindəki səhifəsində yazıb. O qeyd edib ki, bu qərar Ukrayna prezidenti Petro Poroşenko tərəfindən qəbul edilib, hansı ki, guya xalq etirazlarından qorxub.
«Xeyr, gəlin hər şeyi öz adı ilə çağıraq: məni ölkədən qorxusundan ağlını itirmiş barıqa sürgün etdi, onu və onun dəstəsini təknədən qovacaqlar və o nədənsə elə düşünür ki, hələ üç il davam gətirəcək», - deyə siyasətçi bildirib.
Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, onun sürgünü Ukraynanı xalq hiddətindən qurtarmayacaq. O, hakimiyyətin hərəkətlərini «axmaq səhv» adlandırıb.
«Mənimlə və ya mənsiz, artıq bu hakimiyyətin sonu çatıb, mən isə çox tezliklə Ukraynaya-evə qayıdacağam, üç ildən xeyli əvvəl... Ola bilsin, Pyotr Alekseyeviç üçün həbsxanaya keçmiş tələbəlik illərinin xatirəsi xətrinə «peredaça» da aparım, mən kinli deyiləm», - Saakaşvili vurğulayıb.
***
22:22
Ukraynanın Sərhəd Xidməti 2021-ci il fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ölkəyə girişini qadağan edib.
Bu barədə «İnterfaks-Ukrayna» məlumat yayıb.
Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.
M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.