
Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Mixail Saakaşviliyə Ukrayna baş nazirinin müavini vəzifəsi təklif olunmasına Gürcüstan hökumətinin reaksiyası Kiyevdə etirazla qarşılanıb.
Prezident partiyası – “Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Araxamiya Savik Şusterin proqramında çıxışında Gürcüstan hökumətinin bəyanatını Ukraynanın suveren işlərinə müdaxilə kimi qiymətləndirib:
“Əgər bu təyinatla bizim diplomatik problemlərimiz yaranacaqsa, Gürcüstan üçün daha böyük problem yaranacaq. Siz axı Amerika deyilsiniz, hansı ki belə məqamlarda deyirlər, sizin diplomatik problemləriniz yaranacaq. Siz Gürcüstansınız. Bunu unutmaq lazım deyil.”
David Araxamiya özünün də gürcü olduğunu xatırladaraq Saakaşviliyə Gürcüstanın indiki hökumətinin münasibətini yaxşı başa düşdüyünü söyləyib: “Bu, sadəcə olaraq, təzyiq cəhdidir. Biz suveren dövlətik və heç bir ölkə baş nazirin müavini vəzifəsinə kimi təyin etmək, kimi etməmək haqda bizə nəsə deyə bilməz.”
D.Araxamiya çoxsaylı ukraynalı turistin hər il Gürcüstanı ziyarət etdiyini söyləyərək bu ölkə hökumətinə yüngülvari xəbərdarlıq da edib: “Dəqiqdir ki, kimsə hardasa kimisə hansısa vəzifəyə təyin edirsə, buna görə turistləri itirmək Gürcüstana sərfəli deyil.”
Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Qaxariya M.Saakaşvilinin Ukraynada dövlət vəzifəsinə təyin olunacağı halda, Kiyevdəki Gürcüstan səfirini geri çağıracaqlarını açıqlayıb.