
Məcburiyyət və qorxutma
Hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar
Hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar
Putinin zəhərli ideologiyası epidemiya kimi yayılır
Metamorfoz – Putin və Rusiya dövləti gerçək ayıya çevrilir...
Putinin III Dünya müharibəsi ilə bağlı açıqlaması: “Ehtimal artır”
İlk dəfə Merz haqqında danıan Putin Almaniyaya xəbərdarlıq edir
Putin: “Rus əsgərinin ayaq basdığı hər yer ...”
Putin Rusiya iqtisadiyyatı ilə bağlı xəbərdarlıq etdi
Hitler, Putin və Trampa narsisizm bucağından baxış və psixoloji araşdırma
Tramp: “Bir məsələdə həmfikirik”
9 milyon sursat, minlərlə əsgərlə birlikdə
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
Rusiya ilə ABŞ arasında söz savaşı
Putin həm ABŞ prezidenti ilə dostluq etmək, həm də müharibəni davam etdirmək istəyir
Tramp: “Rusiyanın çöküşünə səbəb olacaq”
Tramp dostu Putinlə razılaşa bilmədi ...
“Pis polis” Medvedev təhlükəsizlik üçün 550 kilometrlik bufer zolaq təklif edir
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə ölkəsində insan haqlarının təmin olunmasına, məsələn, Mixail Saakaşvilidən başlamağı təklif edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin jurnalistlərlə söhbətində belə deyib: “Azadlıqlara gəldikdə bu mənada hətta Rusiyadan, rusiyalılardan başlamaq yox, tutaq ki, gürcülərdən və ya keçmiş gürcülərdən başlamaq daha yaxşı olardı. Məsələn, keçmişdə gürcü olan, indi özünü ukraynalı hesab edən adama Ukrayna pasportunu qaytarmaq ədalətli olacaq. Mən Saakaşvili Mixail Nikolayeviçi nəzərdə tuturam”.
Putin xatırladıb ki, Saakaşvili “Ukrayna vətəndaşlığından qanunsuz məhrum edilib, ölkədən qanunsuz sürgün olunub və onu geri qaytarmaq, pozulmuş hüquqlarını bərpa etmək lazımdır. “Ukraynanın ölkəni tərk etməyə məcbur olmuş və bugünkü rejimin təqiblərindən yad ölkələrə sığınan bir çox digər vətəndaşlar kimi”, - Putin deyib.
Rusiya prezidentinin Saakaşvilinin pozulmuş hüquqları haqda danışması və onu müdafiə etməsi istehza, yoxsa ciddi söhbət olduğu aydın deyil. Çünki bir vaxtlar Putin Saakaşvilini “müəyyən yerindən asmaqla” hədələyirdi və onların necə qatı düşmən olduqları məlumdur.
Hər halda Saakaşvili Putinin onun barəsində dediklərinə cavab verib.
“Bu həmin Putindir ki, 2017-ci ilin dekabrında mətbuat konfransında Poroşenkodan məni Ukraynadan deportasiya etməyi yüksəkdən tələb etmişdi (Poroşenko da bir ay sonra bunu etdi). Dəqiq bilirəm ki, məhz Siz Poroşenkodan 2014-cü ildə məni inaqurasiya mərasiminə dəvət etməməyi tələb etmişdiniz”-o özünün Facebook səhifəsində yazıb.