vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
14:08 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Seçici görürdü ki, Tramp təklənib...

«Hillari Klinton prezident seçiləcək» sözünün təhlükəsi...

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikada prezident seçkisinin nəticəsinin səhv proqnozlaşdırılmasının yalnız sorğu keçirənlərə yükləmək doğru deyil. Məsələ burasında idi ki, Donald Trampla Hillari Kliton arasındakı nisbət getdikcə azalırdı. Əgər Klinton keçən aylarda Trampı 7-8 fazi üztələyirdisə, son günlər bu nisbət 2-3 faizə enmişdi. Demək nisbətin azalması tendensiyası öyrənilməli idi. Ona görə də bu kiçik nisbət əsasında «Hillari Klinton prezident seçiləcək» demək riskli idi. Onu da nəzərə almaq lazımdır ki, sorğu iştirakçıları arasında »mən hələ qərar verməmişəm» deyənlər də adətən çox olur və gələcək nəticə haqqında danışarkən onları da mütləq nəzərə almaq lazımdır.

Böyük Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmayacağıyla bağlı referendum zamanı da belə olmuşdu. Sorğular Avropa İttifaqından çıxmanın əleyhinə olanların sayca çoxluğunu göstərirdi. Ancaq nəticə fərqli oldu. Çünki, qərar verməyənlərin gələcək rəyi nəzərə alınmamışdı. Bir də ki, seçkidə psixoloji amillər də öz rolunu oynayır. Tramp seçki kampaniyası zamanı ağlına gələni danışsa da, düşündüyünü deyirdi, siyasətçi kimi bir şeyi düşünüb, fərqli fikir demirdi. Bu da seçicilərin xoşuna gəlirdi. Üstəgəl amerikalı seçici görürdü ki, Tramp təklənib, Amerikanın bütün yazılı və çap mediası onun əleyhinə idi, digər tərəfdən o Klintonlar ailəsi və ona dəstək verən hazırki prezident Barak Obamaya, Hollivud və şou-biznes ulduzlarına qarşı tək savaşırdı. Görünür, seçici bu cür mübarizəni ədalətsiz saydığından və bəyənməsə belə seçki kampaniyası zamanı təklənmiş fiqura dəstək verməyə qərar verdi. Bununla da cəmi 17 ay əvvəl prezident seçkisində iştirak edəcəyini deməklə siyasətə baş vuran iş adamı prezident seçildi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)