vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
10:11 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 2405 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AİB «Şahdəniz 2» layihəsinə vəsait ayırıb

1 milyard dolların yarısı kredit olacaq

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Asiya İnkişaf Bankı (AİB) dünyada ən iri qaz yataqlarından biri olan «Şahdəniz 2» layihəsinin genişləndirilməsi məqsədi ilə dövlət və özəl sektora 1 milyard dollar ayırıb.

Maliyyə dəstəyinə «Cənub Qaz Dəhlizi» QSC üçün özəl sektora 500 milyon dollar vəsaitin ayrılması və əlavə 500 milyon dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 milyon dollarlıq kommersiya kreditlərinə aiddir.  

Məlumatda bildirilib ki, AİB-in maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan  Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilə bilər.

«AİB 2015-ci ildə özəl sektor vasitəsi ilə Şahdəniz qaz yatağının genişləndirilməsi üçün layihəyə güclü dəstək verib. Cənub Qaz Dəhlizinə təklif olunan yardım AİB-in bu mühüm layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamın  bariz nümunəsidir», – deyə AİB-in özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.

AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri olan Şahdəniz layihəsinin genişləndirilməsi ölkənin uzunmüddətli gəlirlərini təmin etməyə və Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək: «AİB-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına, eləcə də Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin daha da inkişafına kömək edəcək».