vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
PROBLEM  
14:43 | 14 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 4167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mebel alanlara xəbərdarlıq

Ehtiyatlı olun, dəllallar sizi sex malları ilə aldadacaq

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Mənzilinə, ofisinə mebel almaq istəyən həm qiymət baxımından sərfəli, həm də keyfiyyətli məhsul axtarır. Bakıda və ölkənin müxtəlif regionlarında alıcılara yalnız yerli deyil, hətta xarici istehsal adı ilə müxtəlif çeşidli mebellər təklif olunur. İndi bazarlarda qiyməti 10 min dollarlarla ölçülən, xarici mebel kimi təqdim edilən və xarici görünüşcə müştərini aldadan mebel dəstləri var. Dəllallar həmin mebelləri insanlara xarici mal kimi təqdim etməklə, qaz vurub, qazan doldururlar...

Müştərilər baha qiymətə və xarici marka adı altında mebelləri alıb evlərinə gətirdikdən bir müddət sonra aldadıldığının fərqinə varırlar.

Problem yumşaq mebel dəstlərində (divan, kreslo) daha tez özünü göstərməyə başlayır. Yüksək məbləğə alınan mebel üstündə 1-2 həftə oturulan kimi ya «yatır», ya da cırıldamağa başlayır.

Yaxud da, istehlakçı, təmiz «qoz ağacından hazırlanmış» stol, stul, masaya bir müddət sonra taxtaqurdu düşəndə aldadıldığının, İtaliya, Türkiyə, İspaniya mebeli adı ilə aldığı mebelin əslində Bakıdakı sexlərdə yığıldığının fərqinə varır. Bu vaxt isə, necə deyərlər, iş işdən keçmiş olur.


Sexlərdə yığılan mebellər italyan, ispan mebeli adı altında satılır...


Elə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Modern.az-a açıqlamasında bu sahədə istehlakçıların hər addımda aldanıldığını deyib:

«Azad İstehlakçılar Birliyinə (AİB) ən məşhur mebel salonlarından belə, şikayətlər daxil olur. O cümlədən, sonuncu şikayət «Dellora» mebel salonundan olmuşdu. Azərbaycanda satılan mebellər istehlakçıların etimadını doğrultmur. Bakıda sexlərdə yığılan mebellər italyan, ispan mebeli adı altında satılır. Bakıda da yaxşı mebellər yığılır, hamısına pis, keyfiyyətsiz demək olmaz. Amma istehlakçının aldadılması halları baş verir. Bunun da səbəbi odur ki, ölkədə istehlakçı siyasəti və onu həyata keçirən dövlət qurumlarının fəaliyyəti yarıtmaz vəziyyətdədir.

Azərbaycana xaricdən mebel gətirilir. «İstehlakçı hüquqlarının müdafiəsi haqqında» qanuna görə, vətəndaş, aldığı malın sertifikatını tələb etmək, yarlığına, gömrük sənədlərinə baxmaq hüquqlarından istifadə etməlidir. Əgər kimsə bu kimi halda narazılıqla qarşılanırsa, bizə müraciət etsin. Azad İstehlakçılar Birliyi təmənnasız olaraq onlara yardım etməyə hazırdır». 


...Get kimə istəyirsən şikayət et...


Eyyub Hüseynov bildirib ki, 2016-cı ildə birliyə daxil olan şikayətlərin çoxu sexlərdə yığılan mebellərlə bağlı olub: 

«Ötən ilin ikinci yarısında bizə gələn şikayətlərin böyük hissəsi zirzəmilərdə, qeyri-qanuni fəaliyyət göstərən mebel salonlarından idi. Hətta gələn şikayətlərdə istehlakçıdan pul alıb, ümumiyyətlə ona hansısa mal təqdim etməyən sexlər də vardı. Narazılıq doğuran məqamlardan biri də odur ki, ödəniş tam həyata keçirilməyincə, istehsalçı mebeli avtomobildən boşaltmır. Bu sahədə çox ciddi problem yaşanır. Küçədən keçən, bacarığı olmayan ustalar zirzəmilərdə sex açıb istehlakçıları aldatmaqla məşğuldurlar. Bizdə fakt vardı ki, sex vətəndaşdan 2 min manat pul alıb heç bir iş görməmiş, «get kimə istəyirsən şikayət et»,- deyərək ona hədə-qorxu gəlmişdi.

Hətta onların kassa çekləri belə, olmur. Bütün dövlət qurumlarına müraciət etdik. Rəsmi qurumların hamısı xorla cavab verdi ki, «biznes qurumların işinə müdaxilə etmək qadağandır».  

Elə bunda görə də, bu gün Azərbaycanda istehlakçıların aldadılması çox geniş vüsət alıb».

P.S. Mövzunu davam etdirəcəyik.