
Hansı adlar ləğv olunacaq?
Etiketləmə tələblərində yeni qaydalar
Etiketləmə tələblərində yeni qaydalar
Bakıda məşhur mağaza keyfiyyətsiz məhsul satır
AİB Azərbaycana 900 milyon dollar kredit ayıracaq
Bakı üçün kritik həftə - Brüssellə münasibətlərdə əlamətdar tarix; ABŞ-ın «Kreml siyahısı» Bakıya əlavə fürsətlər açır
İşbazlar palma yağını kərə yağı adı altında camaata sırıyır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
Ekspertlər bu qərarın layihənin icrasına təsirinin olmayacağını deyirlər
Banka şikayət yazıb 1.5 milyard dolları ləngidənlər kimlərdir...?
Yeyib-içdiyimizdən tutmuş, dinlədiyimiz musiqiyə qədər əksər məhsullar oğurluq və saxtadır...
Ərzaq mafiyasından xalqa ölümcül zərbə - artıq bəzi işbazlar hərəkətə keçiblər
Paytaxt mağazalarında göz oxşayan yalançı endirimlər
Bakı mağazalarında sellofan paketlər pulla satılacaq?
Vətəndaşlar dərs ləvazimatlarının bahalığı ilə yanaşı keyfiyyətindən də şikayətçidir
İqtisadiyyat Nazirliyi: Təhlükəli məhsullar satışdan yığışdırılıb
Kondisioner satışında kütləvi aldatma var
Və ya mağazaların uğursuz marketinq siyasəti
«Dondurmaların keyfiyyəti ilə bağlı təşkilatımıza hər həftə azı 10 müraciət daxil olur». Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynovun sözlərinə görə, hazırda 20-dən çox dondurma istehsalçısı var. Lakin onlardan yalnız birinin istehsal etdiyi məhsulların keyfiyyət göstəricisi norma daxilində olub. «Dondurma bazarında acınacaqlı vəziyyət hökm sürür. Ötən il satılmayan, istifadə müddəti ötmüş dondurmalar bu il təkrar satışa çıxarılır. Halbuki dondurmanı təkrar dondurmaq olmaz. Məhsulun tərkibinə qatılan ərzaqlardan tutmuş qablaşdırılmasınadək standartlara, hətta gigiyenik şərtlərə riayət edilmir», - hüquq müdafiəçisi deyib.
Sahibkarlığın inkişafı məqsədilə yoxlamaların 2 il müddətində dayandırılması da bazarın çirklənməsinə səbəb olub. E.Hüseynov söyləyir ki, hökumətin sahibkarlar üçün yaratdığı bu şəraitdən su-istifadə edənlər çoxdur. «İstehsal müəssisələrində yoxlamalar aparılmır, ona görə də dondurmanın içindən nə istəsən çıxır. Dondurma yüksək kalorili məhsul olduğundan saxlama şəraitinə və yararlılıq tarixinə riayət edilməsi vacibdir. Dondurma istehsalında yalnız kərə yağından istifadə edilməlidir. Amma müşahidələr və şikayətlər göstərir ki, dondurmaya kərə yağı deyil, marqarin və bitki yağları qarışdırırlar. Bundan əlavə, dondurmanın tərkibinə quru süd qarışdırılır, halbuki məhsulun qablaşdırılmasında yalnız təbii süddən istifadə edildiyi göstərilir», - E.Hüseynov söyləyib.
Qeyd edək ki, dünən dondurmanın içindən toyuq sümüyü çıxması ilə bağlı məlumatlar yayılıb.