vaxtlı-vaxtında oxuyun! Bazar, 22 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0087 AZN
Rusiya rublu 1 RUB = 0.0296 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2277 AZN
Türk lirəsi 1 TRY = 0.4644 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
18:02 | 22 yanvar 2017 | Bazar Məqaləyə 587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həsən Həsənov birinci katib olmaq istəyirdi»

«20 Yanvar»dan sonra bütün partokratlar hakimiyyətə can atırdı

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

1990-cı ilin 20 Yanvar hadisələrindən sonra çoxları hakimiyyət uğrunda mübarizə aparırdı - Ayaz Mütəllibov, Əlisahib Orucov, Vaqif Hüseynov. Hamısının adı çəkilir, amma Həsən Həsənovun adı çəkilmir.

Modern.az xəbər verir ki, bunu o zaman baş vermiş hadisələrin müşahidəçisi, tanınmış jurnalist Azər Rəşidoğlu bildirib. O qeyd edib ki, proseslərdən ən yaxşı xəbərdar olanlardan biri Zərdüşt Əlizadədir.

Qeyd edək ki, Həsənov Həsənov 1988-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İqtisadiyyat məsələləri üzrə katibi vəzifəsində olub.

Azər Rəşidoğlunun «Facebook»da açdığı müzakirələrin iştirakçıları Həsən Həsənovun o zaman ölkə rəhbəri postuna can atdığını, lakin SSRİ-yə başçılıq edən Mixail Qorbaçovdan rədd cavabı aldığını vurğulayıblar.

O zaman «Azadlıq» radiosuna rəhbərlik etmiş Mirzə Xəzər isə «hərəkat rəhbərləri Həsən Həsənovu millətçi sayıb himayə edirdilər» - deyə bildirib.

Zərdüşt Əlizadə isə Modern.az-a açıqlamasında deyib ki, 20 Yanvar hadisələrindən sonra bütün partokratlar hakimiyyətə can atırdı.

«Amma mən belə söhbətlərin şahidi olmamışam. Bu haqda nə Qorbaçovla, nə də Həsən Həsənovla danışmışam. Bütün hadisələri, prosesləri kənardan izləmişəm»-deyə o bildirib.

Zərdüşt Əlizadə qeyd edib ki, Həsən Həsənovun Azərbaycan Mərkəzi Komitəsinin I katibi olmaq iddiası var idi və bu, normal idi.

«Bu, cinayət deyildi. Bir daha vurğulayıram ki, bütün partokratlar hakimiyyətə can atırdı. Həsən Həsənov da daxil olmaqla bütün partokratlar birinci olmağa çalışırdı. Lakin Həsən Həsənov yox, Ayaz Mütəllibov dəstək aldı. Mərkəzi Komitənin plenumumda Ayaz Mütəllibov dəstək qazandı».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *