vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DİASPOR  
16:58 | 19 may 2017 | Cümə Məqaləyə 3717 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aysberqin görünən hissəsi»

Azərbaycan diaspora təşkilatı niyə ləğv edildi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada Azərbaycan Diaspora təşkilatının ləğv edilməsi Rusiya və Azərbaycan arasındakı gərginlikdə «aysberqin yalnız görünən hissəsidir«, britaniyalı ekspert deyir.

Mayın 15-də Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası təmin edərək müvafiq qərar cıxarıb.

Britaniyada mənzillənən Qafqaz üzrə ekspert Dennis Sammut hesab edir ki, ÜAK-la bağlı qərar iki ölkə arasında «ciddi problemlərin olduğunu ortaya qoyur« və əlaqələrdəki daxili gərginliyin yalnız «üzdə olan hissəsini» göstərir.

«Bu, yalnız aysbergin görünən hissəsidir», o deyir.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan əlaqələrində belə bir addım kifayət qədər yenidir və gözlənilməz olub.


«Rusiyalı casuslar»


Moskvanı açıq tənqid etməkdən yayınan, strateji tərəfdaşlıq barədə danışan rəsmi Bakı hazırda Rusiyanı «qeyri-dost» addımda ittiham edir.

Dennis Sammut hesab edir ki, bunun iki izahı ola bilər:

Birincisi: Azərbaycan Sankt-Peterburq görüşündən sonra Qarabağ probleminin həllilə bağlı gözlədiyi inkişaf olmadığına görə Moskvadan narazıdır.

İkincisi: Azərbaycanın Silahlı Qüvvələrində son günlər baş verən proseslərə görə narahatlıq mövcuddur.

«Ötən gün Milli Məclisdəki müzakirələr vaxtı casusluqda ittiham edilən onlarla azərbaycanlı zabitin məsələsi səsləndirildi. Bundan bir-iki gün əvvəl hamı düşünürdü ki, onlar Ermənistan xeyrinə casusluqda təqsirləndirilirlər. Lakin indi belə görünür ki, onları Rusiyaya casusluqda ittiham edirlər», - Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru doktor Dennis Sammut bildirib.

Britaniyalı icmalçının sözlərinə görə, bu, Azərbaycanın siyasi sistemində narahatlıq yaradır.

Milli Məclisin iclasında Azərbaycan Silahlı Qüvvələri daxilində ifşa olunmuş təxribatçı qrupun fəaliyyətində Rusiyanın rolunun araşdırılması barədə məsələ qaldırılıb.

«İctimai Təşkilatlar haqqında» qanunu əsas götürən Rusiya Ədliyyə Nazirliyinin iddiasında ÜAK nizamnaməni pozmaqda ittiham olunur. Ədliyyə Nazirliyinə əsasən diaspor təşkilatı pozuntuları verilmiş möhlət ərzində aradan qaldıra bilməyib.

2001-ci ildə yaradılan ÜAK ittihamları rədd edir və apellyasiya şikayəti verəcəyini bildirib - hüquqi müstəvidə çəkişmələr hələ də davam etməkdədir.

Bu arada 2 milyonadək üzvü olduğunu deyən təşkilatın ləğvilə bağlı müxtəlif versiyalar səsləndirilir.

BBC Azərbaycancaya danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, ÜAK-ı bağlamaqla Moskva Azərbaycana «yerini göstərmək» istəyib.

«Bakı artıq Rusiyanın bütün tələblərini yerinə yetirir. Sadəcə olaraq Moskva ÜAK-ı ləğv etməklə kimin hakim olduğunu göstərmək istəyib».

Zərdüşt Əlizadənin sözlərinə görə rəsmi ittihamın əsaslı olub-olmamasının işlə heç bir əlaqəsi yoxdu.

«ÜAK sənədləri tələblərə uyğun saxlamaya da bilərdi. Bu başqa qurumlarda da olur. Ama bu səhvlər onların ləğvilə nəticələnmir».

Politoloq hesab edir ki, «böyük hadisənin kiçik bir izahı» da ola bilər və çox güman ki, məsələ həm də bürokratik oyunların nəticəsidir.

«Yəni bürokratik qurum (Ədliyyə Nazirliyi) deyə bilər ki, biz işimizi yerinə yetirir, qanun tələblərinə ciddi riayət edirik. Yəni təşkilatın ləğvi bürokratik səmərəliliyi göstərmək üçün atılmış addım da ola bilər».


Əməkdaşlıq «dərin olsun»


BBC Azərbaycancaya danışan Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, ÜAK-ın bağlanılmasına səbəb məhkəməyə təqdim edilmiş administrativ səhvlər barədə ittihamdır.

Hərçənd ki, o əlavə edir ki, bu kimi məsələnin siyasi tərəfi də var.

Belə ki, diaspor qurumları «ikili açar» sistemində idarə olunmalıdırlar.

Yəni Rusiya diaspor qurumlarının Azərbaycanda və Azərbaycan diaspor qurumlarının Rusiyada idarəsi bənzər, simmetrik qaydalara əsaslanmalıdır.

Onun sözlərinə görə prezidentlər arasında münasibətlərin yaxşı olmasına rəğmən idarə edən orqanlar arasında əməkdaşlıq daha zəifdir.

«Bu məsələdəki əsas ibrət: əməkdaşlıq daha dərin olmalıdır».

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır.