vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QALMAQAL  
18:48 | 26 yanvar 2017 | Cümə axşamı Məqaləyə 1423 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nəylə qaldıraq?»

Deputat: «Deyirlər maaşı, pensiyanı qaldırın, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Deyirlər ki, «əmək haqlarını 32 faiz qaldırmaq lazımdır», «pensiyaları 60 faiz qaldırmaq lazımdır» və s. Bəs, necə olsun, nəylə qaldıraq?»

VAXT.AZ «Qafqazinfo»ya istinadən bildirir ki, bu sözləri Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda «Pensiya islahatları haqqında» yeni qanunun müzakirəsi üçün bu gün keçirilən iclasda bildirib.

O qeyd edib ki, bu bir tərəfin mövqeyidir: «Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə  o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz».

Yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq: «Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *