vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
19:24 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 2191 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ordu rəhbərləri Moskvaya toplaşır

Nəcməddin Sadıqovla Movses Akopyan Rusiya Baş qərargahının bazasında üz-üzə gələcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva vilayətinin Odintsovo rayonunda MDB Antititerror mərkəzinin sayca 10-cu müşavirəsi keçirilir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müşavirənin işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Rusiyanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edir.

MDB Antiterror mərkəzinin rəhbəri, general-polkovnik Andrey Novikov qapalı keçirilən müşavirədəki fasilə zamanı jurnalistlərə açıqlamasında deyib ki, xüsusi xidmət orqanları Suriya münaqişəsi zonasından yaraqlıların əvvəl yaşadıqları ölkələrə geri axınını qeydə alır.

«Əldə edilən və bizim həmkarlarımız tərəfindən təsdiqlənən informasiyalara görə hazırda Suriya münaqişəsi zonasına daxil olmaq istəyən yaraqlıların sayı kəskin azalıb. Əvəzində onların əvvəl yaşadıqları ölkələrə geri axını artıb», - general bildirib.

Novikov deyib ki, müşavirənin əsas mövzularından biri Suriya münaqişəsi zonasından terrorçuların MDB ölkələrinə sızmasının qarşısını almaq, habelə döyüş əməliyyatları zonasından qayıdan yaraqlılarla bağlı sərhəd rejimi, onların filtrasiyası məsələləri olub. Habelə generalın sözlərinə görə, müşavirədə MDB məkanında terrorçuların maliyyələşdirilməsinə qarşı birgə mübarizə məsələsi də müzakirə mövzularından biridir. Bundan əlavə müşavirə iştirakçıları MDB çərçivəsində terrorçuluqla mübarizə sahəsində informasiya mübadiləsinə dair artıq köhnəlmiş sazişin əvəzində yenisinin hazırlanmasını müzakirə edirlər.

Müşavirənin işində iştirak edən MDB müdafiə nazirləri Şurasının katibi Yuri Daşkin isə jurnalistlərə deyib ki, bu il martın 15-də MDB ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri və baş qərargahların vəzifəli şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək. Onun sözlərinə görə,  belə konfransın keçirilməsinə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Valeri Gerasimov əmr verib. Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasının bazasında keçiriləcək konfransda «Suriyada aparılmış döyüş əməliyyatlarının təcrübəsi əsasında» beynəlxalq terrorçuluqla mübarizədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Qeyd edək ki, bu toplantı Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyanla Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun üz-üzə gələcəyi ilk MDB toplantısı olacaq. Movses Akopyan ötən il aprel döyüşlərindən sonra Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində həyata keçirilən dəyişiklər zamanı Baş qərargah rəisi təyin olunub. Aprel döyüşlərinin dayandırılması haqda razılaşma Nəcməddin Sadıqovla onun keçmiş erməni həmkarı Yuri Xaçaturov arasında Moskvada, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında əldə edilmişdi...