vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
11:50 | 15 mart 2017 | Çərşənbə Məqaləyə 1438 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəhlə inqilabı alovlanır

Təbrizdə daha bir sənaye müəssisəsinin işçiləri etiraz qalxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 14-də «Akya Xodro» Şirkətinin işçiləri maaşlarının gecikdirilməsinə etiraz olaraq Təbriz Şəhər İcra Hakimiyyəti (fərmandari) qarşısında etiraz yığıncağı keçiriblər.

Onlar çalşıdıqları zavodun qarşısında aksiya keçirdikdən sonra tələblərinə baxılmadığı üçün növbəti dəfə yığıncaq keçirməyə qərar veriblər.

Ailələrinin maliyyə baxımından ağır vəziyyətdə olduğunu bildirən işçilər bir ildir maaşlarının gecikdirilməsi, bayram haqlarının ödənilməməsi və əmək haqlarının az olduğuna etiraz ediblər.

Etirazçıların qaldırdığı plakatlar üzrəinə «Ailəmizin qarşısında utanırıq», «Bir il maaşsız işləmək» və s. Kimi şüarlar yazılıb.

Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən ağır iqtisadi vəziyyət bir çox sənaye və istehsal müəssisəsini ciddi problemlərlə üz-üzə qoyub, hətta bir çoxunun bağlanmasına səbəb olub. Həmin müəssisələrdə çalışan işçilər isə maaşlarını vaxtı-vaxtında ala bilmir vəya ixtisar edilərək işsiz qalır.