vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AVROPA  
03:29 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 1500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir nömrəli» problem ...

«NATO görüşündə əsas mövzu terrorizm olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp NATO liderləri ilə görüşdən öncə terrorizmi dünya qarşısında duran «bir nömrəli» problem adlandırıb. O, terrorizmə qarşı mübarizədə mühüm inkişafa nail olunduğunu deyib.

Belçikanın baş naziri Çarls Mişellə görüşü zamanı Tramp bildirib ki, ABŞ və NATO bir sıra problemlər üzərində işləyəcək. O, Britaniyada bazar ertəsi baş vermis intiharçı bomba hücumunu qeyd edib və terrorizmin müzakirələrin əsas mövzusu olacağını vurğulayıb.

«Belə şeyləri gördükdə bu mübarizədə qələbə çalmağın nə dərəcədə mühüm olduğunu başa düşürsən. Və biz bu mübarizədə qalib gələcəyik», Tramp bəyan edib.

ABŞ prezidenti Brüsselə Vatikanda Roma Papası Fransislə danışıqlar apardıqdan sonra gəlib. Tramp Tvitter səhifəsində yazdığı mesajında bildirib ki, görüşdən sonra o, bütün dünyada sülhün yaradılması işini bundan sonra daha qətiyyətlə davam etdirmək əzmindədir.

Roma Papası ilə görüşdən öncə isə Amerika prezidenti Yaxın Şərqdə İsrail və Fələstin liderləri ilə danışıqlar keçirib. Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda ərəb və müsəlman ölkələrinin liderləri qarşısında nitqində Tramp müsəlman ölkələrini terrorizmə qarşı mübarizədə birliyə çağırıb.