vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
13:22 | 16 iyun 2017 | Cümə Məqaləyə 1821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran Ər-Riyada qarşı

Yaxın Şərqin lideri kim olacaq?

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın «Le Monde» qəzeti Qətərin blokadası və Ər-Riyadın İranı terror mərkəzi elan etməsi ilə bağlı analitik məqalə dərc edib. Modern.az xəbər verir ki, məqalədə Donald Trampın Yaxın Şərqə səfəri də diqqətdən kənarda qalmayıb.

«Mayın 21-də Ər-Riyadda Səudiyyə Ərəbistanı və onun fəxri qonağı Donald Tramp İranı regionun 1 nömərli düşməni elan etdilər. Bu təhlükə İŞİD, Əl-Qaidə və digər radikal qruplaşmalardan daha üstü  tutuldu.

Bunun ardınca, iyunu 5-də sünni dünyasının lideri olan Səudiyyə Ərəbistanı kiçik qonşusu Qətəri İrana olan simpatiyasına görə beynəlxalq izolasiyaya alır. İyunun 7-də isə şiə dünyasının mərkəzi Tehran terror hücumu ilə sarsılır.

Fransız qəzetinin fikrincə, bu hadisələr Səudiyyə Ərəbistanı və İranın İslam aləmində liderlik uğrunda ənənəvi rəqabətinin nəticəsidir.

«Bəziləri Qətərlə diplomatik münasibətlərin kəsilməsini, onun dəniz blokadasını və hava məkanının qapadılmasını faktiki müharibə hesab edirlər. Bəs Qətər əmiri Tamim bin Hamad  Al Tani yardım üçün İrana müraciət etsəydi nə baş verər? Təbii ki, iki teokratik ölkənin – Səudiyyə Əərboistanı ilə İranın birbaşa hərbi toqquşması».

«Le Monde»nin fikrincə, XXI əsrdə Yaxın Şərqdə kimin hegemon olacağı bu qarşıdurma ilə həllini tapa bilər.

«İran Aralıq dənizinə qədər əraziləri öz nüfuzu altında saxlamaq üçün özünün regiondakı şiələrin himayədarı kimi göstərir. Səudiyyə Ərəbistanı isə sünni dünyasının lideri kimi İranın təsirinə qarşı mübarizə aparır».

Amma böyük dövlətlərin məsələyə münasibəti də diqqət çəkir.

«Rusiyanın mövqeyi bəllidir. Bütün bəlli yollarla Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətlərdə qalmağa çalışan Moskva daha çox İranı dəstəkləyir. Sünni radikalizmi tərəfdinə ciddi təzyiqlərə məruz qalan İran Rusiyanın simasında etibarlı müttəfiq qazanıb. Ərəb dünyasında İranın əsas tərəfdaşı olan Əsəd rejimi də məh bu ittifaq sayəsində mövcudluğunu qoruyub. Putinin və İranın da məqsədi eynidir, ABŞ-ın Yaxın Şərqdəki mövqelərini zəiflətmək».

«Digər tərəfdən, Tramp bütünlüklə Səudiyyə Ərəbistanını tərəfindədir. Obama islamçı qruplaşmaların radikallaşmasında əsas rolu oynayan Səudiyyə Əərbistanı ilə sərhəd saxlasa da, Tramp kral Məhəmməd Ben Salmana tam dəstək verib. O isə ilk növbədə dikbaş qonşusu Qətəri cəzalandırmaq qərarına gəlib».

Franszı qəzetinin fikrincə, Mosul və Raqqanın İŞİD-dən azad olunması bütün regional oyunçuların həmrəyliyi şəraitində davam etsə də, bu 2 şəhər azad olunduqdan sonra İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik başqa formada özünü biruzə verəcək.