vaxtlı-vaxtında oxuyun! Cümə, 21 iyul 2017
ABŞ dolları 1 USD = 1.7017 AZN
Avro 1 EUR = 1.9590 AZN
Rusiya rublu 1 RUB = 0.0288 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2160 AZN
Türk lirəsi 1 TRY = 0.4821 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
15:05 | 17 iyul 2017 | Bazar ertəsi Məqaləyə 851 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Getsinlər, Mirzə Cəlili oxusunlar»

Aqil Abbas söyüş söyənlərə baş qoşmadı

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin deputatı Aqil Abbasın benzinin qiymətinin bahalaşmasına münasibət bildirməsi birmənalı qarşılanmayıb. Bu dəfə də deputatın açıqlamasını düzgün anlamayanlar sosial şəbəkələrdə Aqil Abbası «söz atəşi»nə tutublar. Hətta bəziləri əndazəni aşaraq, deputatı kobud sözlərlə təhqir etməkdən belə, çəkinməyib.

Xatırladaq ki, Aqil Abbas məsələyə münasibət bildirərkən deyib: «Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram. Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər. Bir də ona sevinirəm ki, benzinin qiymətinin qalxması ilə `Neftçi` də çempionluğunu qeyd edər».

Məsələyə yenidən qayıtmaq istəməyən Aqil Abbas onu söyüb-təhqir edənlərər də cavab vermək niyyətinin olmadığını bildirib. Deputat Modern.az-a açıqlamasında artıq danışmaq istəmədiyini deyib.

«Benzinin qiymətinin qalxması haqqında o gün münasibət bildirmişəm. Mənim bu fikirlərim cəmiyyətdə necə qarşılanır, qarşılansın. Sadəcə bunu əlavə etmək istəyirəm ki, o adamlar gedib Mirzə Cəlili oxusunlar. Onda mənim nə demək istədiyimi başa düşəcəklər».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *