vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
18:29 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 2974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni gənclər ayağa qalxdı

Parlamentə giriş bağlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Milli Məclisi 15 noyabr iclasında «Hərbi xidmət və hərbçilərin status haqqında» qanun layihəsini ikinci oxunuşda qəbul etməklə tələbələri hiddətləndirib. erməni mediası xəbər verir ki, qanunun lehinə 86, əleyhinə 6 deputat səs verib.

Səsvermədən qabaq «Çıxış» blokunun deputatı Ararat Mirzoyan çıxışında xatırladıb ki, tələbələrə möhlət hüququnun ləğvinə etiraz olaraq 4 tələbə aclıq aksiyasına başlayıb. O, 120 elmi tədqiqatçının da tələbə aksiyalarına qoşulduğunu deyərək qanun layihəsinin əleyhinə səs verməyə çağırsa da, nəticəsi olmayıb.

Xatırladaq ki, ilk səsvermədə qanun layihəsinin lehinə 89, əleyhinə 9 deputat səs vermişdi. Tələbə aksiyalarının təşkilatçılarından biri Vaqan Kostanyan tələbələrə mətbuata açıqlamasına qanunun qəbulunu şərh edərkən deyib ki, bununla da parlament tələbələrin səsini eşitmədiyini nümayiş etdirdi. «Parlament bizim səsimizi eşitmədiyi üçün biz parlamentin binası qarşısında sükut aksiyasına başlayırıq», - o, bəyan edib.

Kostanyan bildirib ki, buna imkan verməmək üçün parlamentə gedən yollar nəzarətə götürülüb.