vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
09:41 | 18 aprel 2022 | Bazar ertəsi Məqaləyə 926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə PKK-nı vurur

İraqın şimalında “Pəncə kilid” əməliyyatı başlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə qüvvələri İraqın şimalında kürd silahlılara qarşı yeni quru və hava əməliyyatlarına başlayıb. Ölkənin müdafiə naziri aprelin 18-də bu haqda açıqlama verib.

Hulusi Akar nazirliyin vebsaytında yerləşdirilmiş videoda deyir ki, Türkiyə təyyarələri və artilleriyası Kürdüstan Fəhlə Partiyasına (PKK) məxsus hədəfləri vurur. Xüsusi təyinatlılar isə vertolyot və dronların müşayiətilə qonşu regiona keçiblər.

Akar təyyarələrin PKK-ya məxsus sığınacaqları, bunkerləri, mağaraları, tunel və sursat depolarını, eləcə də qərargahlara “uğurlu” zərbələr endirdiyini bildirib.

O, əməliyyata cəlb olunmuş əsgər və təyyarə sayı haqda açıqlama verməyib.

İraqın şimalında bazaları olan, oradan Türkiyəyə hücumlar edən kürd silahlı qruplaşması, hələlik, açıqlama verməyib.

Son onillər ərzində Türkiyə qüvvələri PKK-ya qarşı sərhədin o tayında saysız hava və quru əməliyyatları həyata keçirib. Müdafiə naziri son hücumun İranın şimalındakı Metina, Zap, Avaşin-Basyan regionlarını əhatələdiyini söyləyib.

PKK 1984-cü ildə Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq regionunda baş qaldırandan onminlərlə insan öldürülüb. PKK ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.