vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
09:49 | 13 noyabr 2022 | Bazar Məqaləyə 522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransalı nazir İtaliyanı hədələdi

Ketrin Kolonna: “Davam etsə, nəticələri olacaq”

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliya dənizdə xilas edilmiş miqrantları qəbul etməkdən imtina etməyə davam edərsə, bunun nəticələri ilə üzləşəcək. Bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.

“Bizim üçün bu, böyük məyusluqdur. İtaliya beynəlxalq və ya dəniz qanunlarına hörmət etmir. İtaliyanın baş naziri Corc Meloninin Fransanın miqrantları qəbul etməli olduğuna dair açıqlamalar verməsi bizim mübadilələrimizlə tamamilə ziddiyyət təşkil edir. İtaliya belə davam etsə, bunun nəticələri olacaq” - deyə, o bildirib.

Nazir xatırladıb ki, Fransa İtaliya limanlarının girməyə icazə vermədiyi “Ocean Viking” gəmisindən miqrantları qəbul etməli olduqda, Paris də öz növbəsində İtaliyada gözləyən miqrantların Avropa İttifaqı daxilində yerləşdirilməsini dayandırıb. (Report.az)