vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
07:56 | 9 dekabr 2022 | Cümə Məqaləyə 831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da 18 yaşlı tələbə şəhər meri oldu

Smit: “Məktəbi təzə bitirdiyimi, təcrübəsiz olduğumu deyirlər”

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Arkanzas ştatının Erl şəhərində ikinci tura keçən mer seçkilərinin nəticələri açıqlanıb. Universitet tələbəsi 18 yaşlı Ceylen Smit 235 səslə şəhərin yeni meri seçilib.

ABŞ-ın ən gənc bələdiyyə başçılarından biri seçilən Smit həm də Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvü oldu. Assosiasiyanın icraçı direktoru Fillis Dikerson, buna qədər Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvünün 35 yaşlı Klivlend meri Castin Bibb idi. Erl Liseyini bitirən və Arkanzas Dövlət Universitetində təhsilini davam etdirən Smit ictimai təhlükəsizlik və yeni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirəcəyini bildirib: “İnsanlar məni görərkən məktəbi təzə bitirdiyimi və təcrübəsiz olduğumu deyirlər. Mən hər zaman isə onlara deyirəm ki, həyatda bir yerdən başlamaq lazımdır”.