vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DÜNYA  
11:47 | 16 dekabr 2022 | Cümə Məqaləyə 7912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bu, şübhəsiz ki, olacaq...”

Baydendən yeni bəd xəbər ...

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Bayden Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı deyib: “COVİD-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”.

O qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir. “Bu, şübhəsiz ki, olacaq”, – deyə Bayden vurğulayıb.

Bir qədər əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiyaların gözlədiyini bildrimişdi.

Bu arada Dünya Səhiyyə Təşkilatı (DST) həftəlik epidemioloji bülletenində COVID-19-a yoluxmada yenidən artım tendensiyası olduğunu diqqətə çatdırıb. Ötən həftə ərzində dünyada COVID-19-a yoluxma 2 faiz (3,3 milyon nəfər), koranovirusla bağlı ölüm halları isə 10 faiz (9,7 minə yaxın) artıb.

Qeyd edək ki, 2020-ci ilin martından etibarən pandemiya dövründə dünyada 650 milyondan çox koronavirusa yoluxma və 6,6 milyona yaxın ölüm halı qeydə alınıb.