vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
20:57 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sudanda sular durulmur

12 nəfər ölüb, 15 uşaq itkindir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Sudanda zorakılıqlar artmaqda davam edir. Murle etnik qrupundan olan silahlı yaraqlılar ölkənin şərqindəki Poçalla bölgəsindəki Ajvara kəndinə basqın ediblər. Komissar müavini Oveti Olunq hadisə ilə bağlı verdiyi açıqlamada hücum zamanı aralarında qadın və uşaqların da olduğu 12 nəfərin öldüyünü, 10-un isə yaralandığını bildirib.

“Hazırda 15 uşaq hələ də itkindir. Onların hücum edənlərin yanında, yoxsa meşəlik ərazidə olduqlarını bilmirik”, – deyə rəsmi bildirib.

Yerli mənbələrdən verilən açıqlamada, basqın zamanı çoxlu sayda evin yandırıldığı, ən azı 30 baş mal-qaranın oğurlandığı bildirilib.

Poçalla bölgəsində yaşayan Anyuak etnik qrupu ilə qonşu Boma bölgəsindəki Murle etnik qrupu arasında müxtəlif səbəblərdən zorakılıq hadisələri yaşanır. Silahlı qruplaşmanın ötən ay Piborda həyata keçirdiyi hücumda 15 nəfər həlak olmuşdu.