vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ATLETİKA  
21:26 | 7 iyun 2013 | Cümə Məqaləyə 2793 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın ən güclüləri müəyyənləşir

İdman gimnastikası, akrobatika və tamblinq üzrə ölkə birinciliyi keçirilir

Trend

Azərbaycan Gimnastika Federasiyası Bakıda üç idman növü - idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə turnir keçirir.

Trend-in məlumatına görə, üçlü yarışlarda 107 gimnast iştirak edir. Gimnastlar paytaxtın 5 idman cəmiyyətini (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonu idman məktəbi, "Neftçi" və "Təhsil" cəmiyyətləri), o cümlədən Sumqayıtı təmsi edirlər.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışın açılışında çıxış edərək Azərbaycanda idmana dövlət tərəfindən göstərilən qayğıdan, o cümlədən ölkənin regionlarında tikilən yeni olimpiya komplekslərindən danışıb.
Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyası artıq belə üçlü yarışları təşkil etmək təcrübəsinə malikdir: "İlk belə turnir ötən ilin sonunda keçirilib və həm iştirakçılar, həm də tamaşaçılar arasında müsbət rəy formalaşdırıb".
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yarışda Şakir Şıxəliyev böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Yarışda Ruslan Namazov və Uğur Xəlilbəyli müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.
Turnirin birinci günü idman gimnastları mübarizə aparıblar, akrobatlar və tamblinqlə məşğul olan idmançıların yarışı isə iki gün davam edəcək.