vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
21:30 | 9 avqust 2014 | Şənbə Məqaləyə 2500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstanbulu vurarıq»

«Türkiyə Atatürk anbarını açmasa, İstanbula hücum edəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq və Suriyada böyük miqdarda torpaq ələ keçirən «İraq-Şam İslam Dövləti» (İŞİD) Türkiyəni də təhdid etdi. ANS PRESS-in məlumatına görə, Suriyanın Fırat çayı sahilindəki Rakka şəhərini nəzarət altında tutan İŞİD, news.vice.com saytında nümayiş olunan bir sənədli filmdə bir İŞİD rəsmisi Türkiyə hökuməti Atatürk anbarını açmasa, İstanbula hücum edəcəklərini deyir.

Rakkada çəkilən 5 hissəlik İŞİD-in sənədli filminin dünən nümayiş olunan ikinci hissəsinin 3-cü dəqiqəsindən etibarən Türkiyə ilə əlaqədar bölüm başlayır. Fırat çayı üzərindəki Atatürk anbarında su tutulması səbəbiylə bölgənin su çətinliyi çəkdiyini bildirilən sənədli filmdə bir nəfər Türkiyə hökumətinə səslənərək «Dindən dönmüş hökumət (Türkiyəni nəzərdə tutur) qərarlarını nəzərdən keçirsin, deyə dua edirəm. Əgər nəzərdən keçirməzsə, İstanbulu ələ keçirəcəyik» deyir.

İŞİD rəsmisi «Bu, bir təhdiddirmi?» sualına «Bəli, açıq bir təhdiddir» deyə cavab verir. O, «İnşallah əgər onlar anbarı açmazlarsa, biz onu İstanbuldan açarıq» deyə davam edir.

Sənədli filmdə, həmçinin təşkilatın kiçik uşaqları cihad üçün necə öyrətdiyi görülür. Görüntilərdə 7-8 yaşlarındakı Belçikalı olduğu bildirilən uşağa «Cihadçımı olmaq istəyirsən, yoxsa bir intihar hücumumu təşkil etmək istəyirsən?» sualı yönəldilir. Uşaq isə Avropadakılar da daxil olmaqla «bütün kafirləri» öldürəcəyini söyləyir.