vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
14:36 | 14 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1088 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«BƏŞƏRiyyət Əsəddən xilas olmasa...»

Amerikalı general: «Səbəbkar odur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Suriyadakı münaqişə başa çatmadan Avropadakı miqrant böhranı həllini tapmayacaq». Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ ordusunun generalı Con Allen bildirib.

İŞİD əleyhinə beynəlxalq koalisiyaya rəhbərlik edən C.Allenin sözlərinə görə, Suriya və İraqda münaqişə cihadçılar devriləndən və Əsəd gedəndən sonra başa çatacaq: «Milyonlarla insanın evlərini tərk etməsinin səbəbkarı İŞİD və regionda vətəndaş müharibəsi yaradan Bəşər Əsəddir».

General onu da qeyd edib ki, koalisiya bir il əvvəlki ilə müqayisədə daha güclüdür. Allen İraqın baş naziri Heydər Abadinin onun yaxın tərəfdaşına çevrildiyini də qeyd etməyi unutmayıb.