vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
12:03 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 2503 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA borcunu ödədi

«Qəbələ», AZAL, «Rəvan», «İnter» və «Kəpəz»in də verəcəyi qalmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasında çıxış edən daha bir komanda Peşəkar Futbol Liqasına (PFL) olan borcu ilə bağlı problemi yoluna qoyub. Apasport.az saytı xəbər verir ki, söhbət «Kəpəz»dən gedir.

Bu barədə əməkdaşımıza Gəncə klubunun Müşahidə Şurasının üzvü, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

O bildirib ki, «Kəpəz» PFL-ə olan borclarını ödəyib: «Əksər klublar kimi, biz də bu məsələni həll etdik. Problem artıq yoluna qoyulub. «Kəpəz» PFL-ə olan borcunu tam ödəyib. Çempionatın ikinci hissəsinə problemsiz start götürəcəyik».

Qeyd edək ki, AFFA «Qarabağ» istisna olmaqla, Topaz Premyer Liqasının digər 9 iştirakçısına borclarını ödəmək üçün yanvarın 29-na, yəni bu günə qədər vaxt vermişdi. «Kəpəz»dən əvvəl «Qəbələ», AZAL, «Rəvan» və «İnter» klubları da PFL-lə borc məsələsini həll ediblər.