vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
16:39 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pulları ölkəyə gətirin, sizi əfv edək»

Prezidentdən iş adamlarına çağırış

MÖVZU İLƏ ƏLAQƏLİ

«Pullarınızı offşor hesablardan çıxarın və onu özəlləşdirmənin cari mərhələsində obyektlərin alınmasına sərf edin». Cebhe.info xəbər verir ki, iş adamlarına belə müraciətlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib.

Nazarbayev bildirib ki, «Forbes» jurnalında adı olan iş adamlarına külli miqdarda vəsait qazanmaq üçün şərait yaradılıb: «Bütün offşorlar mənasız şeylərdir. Bu gün offşorlar yoxdur. İndi leqallaşdırma elan edilib- pulunu gətir, səni əfv edək. Birinci özəlləşdirmə, birinci qazanılan vəsait təmiz olmayıb. Orda hər cür şey oldu. Bütün dünyada belə idi. Buna görə də biz əfv edirik, pulu gətirin. Özəlləşdirmədə iştirak edin, bu obyektləri alın».

«İnterfaks-Qazaxıstan»ın məlumatına görə, prezident bu yolla ölkədə yeni iş yerlərinin yaradılması mümkünlüyünü vurğulayıb.

Xatırladaq ki, bu gün Astanada Nursultan Nazarbayevin rəhbərlik etdii «Nur Ostan» Partiyasının növbəti qurultayı keçirilir. Qurultayda həmçinin partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcək nümayəndələrinin siyahısı hazırlanacaq.

Qeyd edək ki, «Forbes»in siyahısında Qazaxıstan milyarderlərin adları da yer alıb ki, onların arasında Nazarbayevin qohumları da var.