vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
22:29 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1597 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Angela Merkel Türkiyənin notasından danışdı

«Konstitusiyamızda özünü ifadə azadlğı maddəsi var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya hökuməti Türkiyənin teleaparıcıya qarşı notasını araşdırır. TASS xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Berlində Meksika prezidenti Enrike Penya Neto ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə Xarici İşlər Nazirliyinin teleaparıcı Yan Bemermanla bağlı etiraz notasına cavabında bildirib.

«Mən qeyd etmək istərdim ki, Konstitusiyamızda özünü ifadə azadlğı maddəsi var. Siyasi problemlərdən asılı olmayaraq, bu maddə qüvvədədir», - deyə Angela Merkel vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında Almaniyanın İkinci telekanalında təhqiredici şeir oxuyan Yan Bemermanla bağlı AFR XİN-ə etiraz notası təqdim edib.

Bundan başqa, Almaniyanın Maynts prokurorluğunun məlumatına görə, Ərdoğan ZDF dövlət kanalında efirə gedən «Neo Magazin Royale» şousu zamanı onu təhqir edən Bemermanı hüquqi firma vasitəsi ilə məhkəməyə verib.

O, öz şou proqramında Türkiyə liderini «kürd və xristianları sıxışdırmaqda, həmçinin müxalifət qəzetlərini bağlamaqda» ittiham edib. Bundan əlavə, şeirin mətnində şəxsi xarakterli təhqiredici sözlər də olub.