vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
21:38 | 17 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Departamentdən xəbərdarlıq

Oktyabrın 19-dək yağış yağacaq

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Oktyabrın 17-dən başlayaraq qeyri-sabit hava şəraiti bir qədər də kəskinləşib.

Buna səbəb şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olmasıdır».

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, faktiki müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək.

«Əvvəlcədən də xəbər verdiyimiz kimi ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə düşüb».