vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
15:31 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT-nin Suriya hesabatı

Kimyəvi hücumların arxasında Bəşər Əsəd və İŞİD durur

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT və Kimyəvi Silahların Yasaqlanması Təşkilatının bildirdiyinə görə, Suriya hökuməti kimyəvi silahlardan üçüncü dəfə istifadə edilməsinin məsuliyyətini daşıyır.

Təşkilatların dördüncü hesabatında deyilir ki, BMT-nin Təhlükəsizlik Şurasına göndərilən 13 aylıq araşdırmaların nəticələri 2015-ci ilin mart ayının 16-da hökumətin Qmenas bölgəsində kimyəvi silahlardan istifadə etdiyinə dair əsaslı dəlillər olduğunu göstərib.

Hesabatda prezident Əsəd hökuməti xlorin qazı olan kaset bombalar atmaqda ittiham edilir.

Təhqiqatçılar hərbi birləşmənin personalını müəyyən edə bilməsə də, silahların Suriyanın 63-cü vertolyot briqadasına məxsus olduğunu təsdiqləyib. Hesabatda məsulların hesab verməsinə çağırılır.

Son 5 ildə Suriya münaqişəsinin tərəfləri biri-birini kimyəvi silahlardan istifadə etməkdə günahlandırır.

Qmenasdan əlavə Suriya hökuməti 2014-cü ilin aprel ayının 21-də Tamenes və 2015-ci ilin mart ayının 16-da Sarmin bölgələrində xlorin qazından istifadə etməkdə günahlandırılır.

Hesabatda Suriya hökumətinin 3, İŞİD-in isə 1 kimyəvi hücum həyata keçirdiyi bildirilir.

ABŞ, Britaniya və Fransa BMT-nin Təhlükəsizlik Şurasını Suriya hökumətinə qarşı sanksiyaların tətbiqinə cağırıb. Rusiya və Çin isə sanksiyalara veto tətbiq edəcəyini bildirib.

Hesabat gələn həftənin cümə axşamı günü BMT-də müzakirəyə çıxarılacaq.