vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
00:40 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 688 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parlament seçkilərinin ikinci turu

Litvada iqtidar da, müxalifət də eyni vədi verir…

MÖVZU İLƏ ƏLAQƏLİ

Litvada bazar günü parlament seçkilərinin ikinci turu keçirilir. Seçkilər sosial-demokratların başçılığı ilə dörd il koalisiyada olduqdan sonra müxalifətin hakimiyyətə gəlməsinə yol aça bilər.

İkinci turda 141 yerlik parlamentdə 68 yer uğrunda mübarizə gedir.

Parlament seçkilərinin iki həftə əvvəl keçirilmiş ilk turunda mühafizəkar «Vətən ittifaqı» partiyası özünə 20 yer təmin edib. «Kəndlilər və yaşıllar ittifaqı» partiyası ondan bir yer geridə qaldığı halda, sosial-demokratla 13 yer alaraq üçüncü yerə çıxıb. Daha kiçik partiyalar da parlamentdə bir neçə yer alıb.

Müxalif «Vətən ittifaqı» partiyası aşağı maşlar və ölkədə işçi qüvvəsi itkisindən narazı qalan seçicilərin narazılığından istifadə edə biləcəyinə ümid edir.

Seçicilərin bəzisi ölkəni idarə edən «sosial-demokratlar»ın imkanı əldən verdiyini düşünür. Onlar hakimiyyətə mühafizəkar partiyanın başçılıq etdiyi koalisiyanın gəlməsini istədiklərini bildiriblər.

Ekspertlərin fikrincə, hazırkı hökumət Avropa ölkələri ilə bir sırada dayanmaq istəyən ölkənin iqtisadiyyatını dirçəltməyə qadir deyil.

Parlamentdə 68 yer uğrunda gərgin rəqabətin gedəcəyi və heç bir partiyanın əksəriyyəti əldə edə bilməyəcəyi gözlənilir.

Baltik ölkələri arasında ən böyük ölkə olan Litva 1990-cı illərdə müstəqilliyini əldə edib və 2004-cü ildə Avropa İttifaqına qoşulub. O vaxtdan təxminən 370 min insan ölkəni tərk edib. Onların yarıdan çoxunun Böyük Britaniyaya getdiyi bildirilir.

Sosial-demokratların başçılıq etdiyi hökumət və müxalifət partiyaları 2,9 milyon əhalisi olan ölkədə minimum əmək haqqının artırılmasına söz verir.