vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
10:24 | 26 noyabr 2016 | Şənbə Məqaləyə 3054 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərəb turistlər gəlir

Azərbaycanın regionlarında otellərdə yer qalmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə Birləşmiş ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək».

Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Yeni İl ilə əlaqədar artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda otaqlar ərəb turstləri tərəfindən born edilib, boş yerlərin sayı məhduddur.

«Bayram ərəfəsində ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gələn turistlərin çoxluğunu hiss edəcəyik. Artıq regionlarda, xüsusilə Qəbələ, Qusar, Qubada olan otellərdə demək olar ki, yer yoxdur».

N.Bağırov bildirib ki, ərəblərdən sonra Azərbaycana qış turizminə meyli olan turistlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.

«Yeni il ərəfəsində ölkəyə xeyli sayda rusiyalı turist gələcək, çünki onlar xizək turizminə daha çox meyllidirlər».

N.Bağırov ərəb ölkələri ilə bağlanılan yeni müqavilələrə diqqət çəkərək bildirib ki, bu, daha çox ərəb turistlərin Azərbaycana gəlməsinə imkan verəcək.