vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ENERGETİKA  
12:09 | 11 fevral 2017 | Şənbə Məqaləyə 1164 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran cığallıq edir

OPEK-in neft sövdələşməsi təhlükədə

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Neft hasilatının azaldılması ilə bağlı OPEK ölkələrə və sindikata daxil olmayan ölkələr arasında imzalanmış müqavilə pozulmaq təhlükəsi ilə üzləşib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İranın öz kvotasını artırmaq niyyəti vəı digər ölkələri isə hasilatı azaltmağa çağırmasıdır.

Belə ki, İranın neft naziri Bijan Namdar Zanqani ilin ikinci yarısında hasilatın daha az azaldılmalı olduğunu deyib. OPEK-ə daxil olmayan ölkələr sutkalıq hasilatı ümumilikdə, 588 min barel (bunun 300 min bareli təkcə Rusiyanın payına düşür) azaltmağı üzərinə götürüb. Amma bundan əvvəl, Qərb sanksiyalarından zərər çəkdiyi üçün OPEK ölkələrinin neft sövdələşməsində İrana hasliatı azaltmamaq imkanı verilib. Lakin Tehran hasilatı azaltmamaqla yanaşı, onun üçün nəzərdə tutulmuş 3,8 milyon barellik neft kvotasını da keçmək istəyir. Nazir Namdar Zanqani sutkada 4 milyon bareldən çox «qara qızıl» çıxarmağı hədəflədiklərini bildirib.

Bu isə OPEK-ə daxil olan və olmayan bütün sövdələşmə tərəflərinin hasilatı artırmasına və neft bazarında əldə olunmuş koordinasiyanın pozulmasına yol aça bilər.