vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
18:53 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2058 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Post-həqiqət, post-Qərb, post – qaydalar?»

«Dünyada 1945-ci ildən sonra ən narahat dövr başlayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Geosiyasi geriləmə» – beynəlxalq münasibətlərin hazırkı vəziyyətini belə xarakterizə etmək olar. Modern.az xarici mediaya istinadən bildirir ki, bu nəticəyə Münhen Təhlükəsizlik Konfransının ekspertləri gəliblər.

Onların hazırladığı qloballaşma, dünyanın təhlükəsizliyi və sabitlik məsələlərinə həsr olunan məruzə «Post-həqiqət, post-Qərb, post – qaydalar?» adlanır.

«Post-həqiqət» fenomeni ona gətirib çıxarıb ki, Qərb cəmiyyəti öz problemlərinin həllinə üstünlük verərək daha çox özünə qapılıb», - məruzədə vurğulanır.

Məruzə müəlliflərinin fikrincə, ehtimal ki, bu gün mövcud olan beynəlxalq təhlükəsizlik məsələsi İkinci dünya müharibəsindən sonra ən narahatedici sayılır.

ABŞ-da keçirilən seçkilərdə Donald Trampın qələbəsini xatırladan ekspertlər qeyd edirlər ki, birtərəfli, hətta milli siyasət daha da populyarlaşır.

Məruzə müəlliflərinin sözlərinə görə, beynəlxalq münasibətlərdəki indiki vəziyyəti «geosiyasi geriləmə» adlandırmaq olar.

Qərb bəşəriyyətin hərəkətverici qüvvələri rolundan imtina edir, bu isə «post-Qərb» dünyasının formalaşmasına rəvac verir. Bunun da nəticəsində 1945-ci ildən sonra formalaşan dünya nizamını radikal hərəkətə, yəni «post-qaydalara» gətirmək deməkdir.

«Qərb demokratiyasının və beynəlxalq təşkilatların zəifləməsi  «liberal olmayan qüvvələrin» cəhdləri ilə sıx bağlıdır. Bu səbəbdən də özləri qloballaşmadan fayda çıxarıblar, amma dünya nizamının bəzi elementlərinə etiraz edirlər», - ekspertlər qeyd edirlər.

Onların fikrincə, Qərb acizlik ardınca acizlik göstərir. «Hələlik Qərb məmurları illərlə təkrar edirlər ki, Suriya böhranının hərbi həlli yoxdur, Rusiya, Türkiyə və onun müttəfiqləri uğur əldə etmədən bu məsələni uzadırlar.

Nəticədə, 6 illik müharibə ərzində dünya ictimaiyyəti münaqişənin həlli istiqamətində bütün iştirakçıların razılaşa biləcəyi formada irəliyə doğru atılan bir addım belə görməyib», - sənəddə vurğulanır.