vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
17:10 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1010 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp onu...»

ABŞ-dan Fətulla Gülənlə bağlı gözlənilməz açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın Avropa Birliyinə səfir təyin etməsi gözlənilən professor Ted Mallok Türkiyənin NTV telekanalına müsahibə verib. Lent.az xəbər verir ki, T.Mallok FETÖ lideri Fətullah Gülənin hazırki hakimiyyət üçün adi vətəndaş olduğunu qeyd edib.

Türkiyədə baş verən proseslərdən xəbərdar olduğunu deyən tanınmış siyasətçi Fətullah Gülənin Türkiyəyə verilməsinin mümkün olduğunu deyib: «ABŞ ədalətli mühakimə aparıldıqdan sonra onu niyə təhvil verməsin ki? Bu insan niyə Türkiyəyə göndərilməsin? Mənə elə gəlir ki, bu, yeni hakimiyyətin çox diqqət göstərməli olduğu mövzudur. Tramp hakimiyyətinin Fətulla Güləni təhvil verəcəyini düşünürəm. Təbii ki, məsələ ədliyyə nazirinin qarşısına da gələcək. Amma bu, çox vacib məsələdir, Türkiyə üçün kritikdir. Çevrilişə cəhd etmiş qüvvələrin arxasında dayanan şəxs bizim torpağımızdadır. Türkiyə isə bizim NATO-dakı müttəfiqimizdir. Türkiyə son dərəcə önəmli strateji əlaqələrimiz olan bir ölkədir».

T.Mallok Türkiyə hakimiyyətinin Obamadan etdiyi tələbi Trampa da ünvanlamalı olduğunu və bir vətəndaşa görə münasibətin korlamamağının vacibliyinin vurğulayıb.