Daha 2 parkda pulsuz «Wi-Fi»...
... Yaxında «Dədə Qorqud»da da tətbiq olunacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Daha bir parkda pulsuz «Wi-Fi»
İlin sonuna kimi say 20-yə çatacaq
-
«Wi-Fi» siqnallarının gücləndirilməsi üsulları
Ev şəraitində sadə vasitələrlə modeminizin imkanını çoxaldın
-
Pulsuz «Wi-Fi» trafiki müştərilərdən çıxılıb?
«WhatsApp», «Skype» deşifrə kodlarını verməyincə bloklanmanın aradan qalxması sual altındadır
-
«Bakı Telefon Rabitəsi» MMC pulsuz «Wi-Fi» xidmətinin əhatə dairəsini Səməd Vurğun və Muğan parklarına qədər genişləndirib. VAXT.AZ bildirir ki,bu barədə «Trend»ə şirkətdən məlumat verilib.
Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından «İctimai Wi-Fi» layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə «İçərişəhər» dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər parkı, Sahil, Axundov, Sabir, Xaqani və Hüseyn Cavid bağları daxildir.
Yaxın zamanlarda pulsuz «Wi-Fi» «Dədə Qorqud» parkında da işə salınacaq.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.