Səhiyyə işçilərinə silahlı hücum
2 nəfər həlak olub
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Talibanın zirvə arzusu
Əfqanıstan administrasiyası BRİCS sammitinə heyət göndərmək istəyir
-
“Səsimizi çıxarsaydıq, belə olmazdı”
Talibanın qadağaları Əfqanıstandakı kişiləri də vurdu
-
Qadın xəyallarının qəbiristanlığı
Kişilərə baxması qadağan edilən zərif cinsin nümayəndələrindən Talibana sərt etiraz
-
3 İran hərbçisi öldürülüb
Pakistanla sərhəddə silahlı insident
-
Əfqanıstanda zaman geri gedir
Xüsusən də ABŞ-ın çəkilməsindən sonra unudulan ölkə zülmətə girəcəkmi?
-
Qadın idmançıdan cəsur addım
Manija Talaş diskvalifikasiya edilsə də əfqan qadınların səsini dünyaya çatdırdı
-
Əfqanıstanın London səfirliyi bağlandı
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
-
İslamabad gözyaşlarına inanmayacaq
Pakistan separatçılara qarşı sərt tədbirlərə qərar verdi
-
Bəlucistanda 37 terrorçu öldürülüb
Pakistan Talibanı pəncablıları hədəf alıb
-
Terrorçular motosiklet partlatdı
Ölənlər və yaralananlar var
-
Polis zabiti güllələnib
İranda daha bir yüksək vəzifəli məmura sui-qəsd
-
Polis konvoyu pusqu düşüb
Pakistanın cənubunda 11 polis əməkdaşı öldürülüb
-
“Bunların hətta mövcud olması inanılmazdır”
Taliban haqda sənədli filminin rejissoru Əfqanıstanda gördüklərindən danışıb
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Talibandan BMT-yə embarqo
Xüsusi məruzəçisi Bennetin ölkəyə girişi qadağan edilib
-
Əfqanıstanda orta əsr qanunları
Saqqalsız polisləri qovdular, musiqi alətlərini sındırdılar
Pakistanın şimal-qərbində peyvənd kampaniyası aparan tibb işçilərinə silahlı hücum nəticəsində iki nəfər həlak olub. Pakistan mediasının məlumatına görə, Əfqanıstanla sərhəddə, silahlı hücum Hayber Paxtunxva əyalətinin Bacaur rayonunun Salarzai kəndində poliomielit əleyhinə peyvənd kampaniyası aparan tibb işçilərinə edilib.
Polis qüvvələrinin verdiyi açıqlamada silahlı şəxslərin atəş açması nəticəsində 1 polis və 1 tibb işçisinin həlak olduğu bildirilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Effektiv peyvənd kampaniyaları sayəsində bir çox ölkədə aradan qaldırılan və ya xeyli azalan poliomielit halları hazırda peyvənd əldə etmək imkanının məhdud olduğu Əfqanıstan və Pakistanda baş verməkdə davam edir.
Pakistanda tez-tez rast gəlinən tibb işçilərinə hücumlar peyvənd kampaniyalarını da pozur.
Ölkədə həftənin əvvəlində yeni poliomielit peyvəndi kampaniyasına başlanıb və 30 milyon uşağa peyvənd ediləcəyini açıqlanıb.