Xanım Qafarova vəfat etdi
Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkirdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
«Sizə minnətdarıq!»
Xanım Qafarovayla bağlı Mehriban Əliyevaya məktub göndərildi
-
Əməkdar artist, əzmkar aktrisa
Xanım Qafarova taleyin axırıncı tamaşasında son pərdəni alqışlarla endirdi
-
Birinci xanım əməkdar artisti həyata qaytarır
Mehriban Əliyeva Xanım Qafarovanı müalicə üçün İsrailə göndərir
-
«Analizin cavabını gözləyirəm»
«Bu ağrıları sözlə izah edə bilmərəm, dözülməzdir»
-
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarova dünyasını dəyişib. Bu barədə ANS PRESS-ə onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib. Bu gecə onun vəziyyəti ağırlaşmışdı. Əməkdar artistin ailə üzvlərinin ANS PRESS-ə verdikləri məlumata görə, gecə ərzində bir neçə dəfə həkim çağırılıb. Lakin həkimlər onun üçün heç nə edə bilməyəcəklərini deyiblər.
Aktrisa sabah müalicə olunmaq üçün İsrailə getməli idi. Onun müalicəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutmalı idi.
Bundan öncə isə aktrisa Türkiyədə müalicə almışdı.